Misli Premyer Liqasının XXIII turundakı oyunları stadiondan izləyən azarkeşlər müəyyənləşib. Sport24.az xəbər verir ki, beş matçda ümumilikdə 15 min 455 fanat olub.
"Sumqayıt" - "Zirə" görüşündə (0:3) 1300 tərəfdar qeydə alınıb. "Turan Tovuz" - "Araz-Naxçıvan" qarşılaşmasında 4100, "Neftçi" - "Qarabağ" duelində (0:1) isə 9355 tamaşaçı tribunada yer alıb.
"Kəpəz" - "Şamaxı" oyununda (1:1) 400, "Səbail" - "Sabah" (0:0) matçında isə 300 fanat stadiondan komandalara dəstək verib.
Qeyd edək ki, XXIV tur fevralın 21-də başlayacaq.