top
Premyer Liqada son turun keçirilməsi zəruri olacaqmı? Idman.biz
16 may 2025, 16:16
- ↺ +

Premyer Liqada son turun keçirilməsi zəruri olacaqmı?

Sabah Misli Premyer Liqasında XXXV tura start veriləcək.

İdman.biz xəbər verir ki, iki gün ərzində keçiriləcək matçlar sonuncu turu tamamilə formallığa çevirə bilər.

Komandaların turnir cədvəlindəki yekun sıralamasının öncədən dəqiqləşməsi mümkündür. Amma bunun üçün həftəsonu keçiriləcək 5 matçın hamısında uyğun nəticələr qeydə alınmalıdır.

Bu, o qədər də real olmasa da, mümkünsüz də deyil. Əgər belə alınsa, XXXVI tur heç kimə və heç nəyə lazım olmayacaq.

Sumqayıtda eyniadlı komandanın qonağı olacaq "Turan Tovuz" heç-heçə ilə 4-cü yeri təmin edəcək. Bu bir xal "Araz-Naxçıvan"a bürünc medal qazandıracaq, "Sabah"ın 4-cü yer ümidinin üstündən xətt çəkəcək. Çünki 50 xalı olan qərblilər üçün 3-cü yer əlçatmaza çevriləcək, özləri isə Bakı klubundan uzaqlaşacaq.

"Sabah"ın 5-ci yerinin rəsmiləşməsi üçün "Zirə" ilə səfərdəki paytaxt derbisinin nəticəsi də önəmlidir. Qonaqlar qalib gəlsə, "Turan Tovuz"un heç-heçəsi ilə onların da mövqeyi dəqiqləşəcək.

Bu, "Səbail"lə üz-üzə gələcək "Neftçi"nin 5-ci yer xəyalını puç edəcək və "ağ-qaralar" 6-cı yeri rəsmiləşdirəcək. Belə olan halda, "Şamaxı" "Araz-Naxçıvan" üzərində ev qələbəsi ilə 7-ci yeri özəlləşdirəcək.

Ən çətini "Kəpəz"in 8-ci yeri rəsmiləşdirməsidir. Gəncə klubu uzun illərdir uda bilmədiyi "Qarabağ"ı məğlub etməlidir.

Bir sözlə, Sumqayıtda heç-heçə qeydə alınsa, "Sabah", "Neftçi", "Şamaxı" və "Kəpəz" qalib gəlsə, turnir cədvəlindəki yekun sıralama dəqiqləşəcək. Onda XXXVI turun yer baxımından əhəmiyyəti qalmayacaq.

Hazırda ilk üç pillədə qərarlaşan "Qarabağ", "Zirə" və "Araz-Naxçıvan"ın eyni turda uduzması o qədər də inandırıcı görünmür. Bu mümkün ehtimal doğrulsa, turnir cədvəlindəki xallar belə vəziyyətdə olmalıdır:

"Qarabağ" - 83
"Zirə" – 70
"Araz-Naxçıvan" – 55
"Turan Tovuz" – 50
"Sabah" – 47
"Neftçi" – 43
"Şamaxı" – 39
"Kəpəz" – 35
"Sumqayıt" – 31
"Səbail" - 22

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər