top
Premyer Liqada həftə sonu: Arsenalın darmadağını, Liverpulun son dəqiqə qələbəsi və digər nəticələr Idman.biz
22 fevral 2026, 22:51
- ↺ +

Premyer Liqada həftə sonu: "Arsenal"ın darmadağını, "Liverpul"un son dəqiqə qələbəsi və digər nəticələr

İngiltərə Premyer Liqasının 27-ci turunda London derbisi baş tutub. "Tottenhem"in doğma meydanında keçirilən görüşdə "Arsenal" rəqibini 4:1 hesabı ilə darmadağın edib.

İdman.Biz xəbər verir ki, matçda qolların sıralanmasına qonaqlar başlayıb. 32-ci dəqiqədə Ebereçi Eze "topçular"ı önə keçirib. Cəmi iki dəqiqə sonra Randal Kolo Muani bərabərlik qolunu vursa da, meydan sahiblərinin sevinci uzun sürməyib.

İkinci hissəyə sürətli başlayan "Arsenal" 47-ci dəqiqədə Viktor Dyökereşin qolu ilə yenidən üstünlüyü ələ keçirib. 60-cı dəqiqədə Eze özünün ikinci, komandasının üçüncü qolunu rəqib qapısından keçirib. Görüşdə son nöqtəni isə 90+5-ci dəqiqədə dublunu rəsmiləşdirən Viktor Dyökereş qoyub.

Bu qələbədən sonra xallarının sayını 61-ə çatdıran "Arsenal" turnir cədvəlinə başçılıq edir. 29 xalı olan "Tottenhem" isə 16-cı pillədə qərarlaşıb.

Növbəti turda "şpurlar" martın 1-də səfərdə "Fulhem"lə qarşılaşacaq. "Arsenal" isə həmin gün doğma meydanda "Çelsi"ni qəbul edəcək.

Heşteqlər: Arsenal, Tottenhem, Premyer Liqa, London derbisi, Futbol, Ebereçi Eze, Viktor Dyökereş

20:25

İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində "Nottingem Forest" doğma meydanda "Liverpul"u qəbul edib. Gərgin keçən qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matçda dramatik anlar oyunun son dəqiqələrinə təsadüf edib. Qarşılaşmanın 89-cu dəqiqəsində "Liverpul"un yarımmüdafiəçisi Aleksi Mak Allister rəqib qapısına yol tapsa da, VAR sistemindəki yoxlanışdan sonra qol qayda pozuntusu səbəbindən ləğv edilib.

Buna baxmayaraq, mersisaydlılar mübarizəni sona qədər davam etdiriblər. Matçın 90+7-ci dəqiqəsində Mak Allister yenidən səhnəyə çıxaraq komandasına vacib qələbə qazandıran qola imza atıb.

Bu nəticədən sonra "Liverpul" 45 xalla turnir cədvəlinin altıncı pilləsində qalıb. Çətin günlər keçirən "Nottingem Forest" isə xallarının sayını 27-yə çatdıraraq 17-ci sırada qalıb.

Növbəti turda "Nottingem Forest" martın 1-də səfərdə "Brayton"un qonağı olacaq. "Qırmızılar" isə fevralın 28-də öz meydanında "Vest Hem"i qəbul edəcək.

20:10

İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində "Kristal Palas" "Vulverhempton"u qəbul edib.

İdman.Biz xəbər verir ki, matçın 61-ci dəqiqəsində qonaqların futbolçusu Ladislav Kreyçi ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Rəqibin azlıqda qalmasından istifadə edən ev sahibləri təzyiqi artırıblar. Qarşılaşmanın taleyini 90-cı dəqiqədə Evann Qessan həll edib. Onun vurduğu qol London təmsilçisinə vacib üç xal qazandırıb.

Bu qələbədən sonra xallarının sayını 35-ə çatdıran "Kristal Palas" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. 10 xalı olan "Vulverhempton" isə sonuncu yerdə qalmaqda davam edir.

Növbəti turda "Kristal Palas" martın 1-də səfərdə "Mançester Yunayted"lə qarşılaşacaq. "Canavarlar" isə fevralın 27-də "Aston Villa"nı qəbul edəcək.

Paralel keçən matçda "Fulhem" səfərdə "Sanderlend"ə 3:1 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, London təmsilçisinin heyətində Raul Ximenes dubla imza ataraq qələbədə böyük pay sahibi olub. Komandanın digər qolunu isə Aleks Ayvobi rəqib qapısından keçirib. Meydan sahiblərinin yeganə təsəlli qoluna Enso Le Fe imza atıb.

Bu qələbə ilə üç oyunluq məğlubiyyət seriyasını qıran "Fulhem" xallarının sayını 37-yə çatdıraraq turnir cədvəlində 10-cu pilləyə yüksəlib. Aktivində 36 xal olan "Sanderlend" isə 12-ci sıraya geriləyib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Oxşar xəbərlər