top
Premyer Liqada daha 3 oyun: Mançester Yunayted Fulhemi məğlub edib, Tottenhem - Mançester Siti heç-heçə, Brentford Aston Villa üzərində qələbə qazanıb Idman.biz
01 fevral 2026, 22:48
- ↺ +

Premyer Liqada daha 3 oyun: "Mançester Yunayted" "Fulhem"i məğlub edib, "Tottenhem" - "Mançester Siti" heç-heçə, "Brentford" "Aston Villa" üzərində qələbə qazanıb

İngiltərə Premyer Liqasında 24-cü turun oyunu çərçivəsində "Tottenhem" doğma meydanda "Mançester Siti" ilə heç-heçə edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Oyunun 11-ci dəqiqəsində Rayan Şerki hesabı açaraq qonaqları önə çıxarıb. 44-cü dəqiqədə Antuan Semenyo fərqi iki topa çatdırıb. İkinci hissədə meydan sahibləri geridönüşə imza atıblar. 53-cü dəqiqədə Dominik Solanke bir qolla fərqi azaldıb, 71-ci dəqiqədə isə yenidən fərqlənərək dubla imza atıb və hesabı bərabərləşdirib.

Bu nəticədən sonra "Tottenhem" 29 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. "Mançester Siti" isə 47 xalla ikinci yerdədir.

25-ci turda "Tottenhem" 7 fevralda "Mançester Yunayted"lə qarşılaşacaq. "Mançester Siti" isə 8 fevralda "Liverpul"la üz-üzə gələcək.

21:31

İdman.Biz xəbər verir ki, "Nottinqem Forest" və "Kristal Palas" arasında keçirilən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Meydan sahibləri matçın beşinci dəqiqəsində Morqan Gibbs-Uaytın qolu ilə hesabda önə keçiblər. Lakin ilk hissənin sonlarında "Nottinqem Forest" azlıqda qalıb. Niko Uilyams cərimə meydançasında rəqibin zərbəsini əllə kəsdiyinə görə birbaşa qırmızı vərəqə alıb və penalti təyin edilib. İsmayla Sarr fasiləyə saniyələr qalmış hesabı bərabərləşdirib.

Bu nəticədən sonra "Nottinqem Forest" 26 xalla turnir cədvəlində 17-ci pillədə qalıb və düşmə zonasından altı xal irəlidədir. "Kristal Palas" 29 xalla 14-cü yerə yüksəlib.

20:25

İngiltərə Premyer Liqasının 24-cü turun oyununda "Mançester Yunayted" öz meydanında "Fulhem"i qəbul edib. "Old Trafford" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, görüşdə hesab 19-cu dəqiqədə Kazemironun qolu ilə açılıb. 56-cı dəqiqədə Mateuş Kunyanın dəqiq zərbəsi "Mançester Yunayted"in üstünlüyünü iki topa çatdırıb.

85-ci dəqiqədə "Fulhem"in hücumçusu Raul Ximenez penaltini dəqiq yerinə yetirib. 90+1-ci dəqiqədə Kevin hesabı bərabərləşdirib. Lakin oyunun son sözünü 90+4-cü dəqiqədə Benyamin Şeşko deyib və "qırmızı şeytanlar"a qələbə qazandırıb.

Bu nəticədən sonra "Mançester Yunayted" 41 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. "Fulhem" isə 34 xalla səkkizinci sıradadır.

Növbəti turda "Mançester Yunayted" fevralın 7-də doğma meydanda "Tottenhem Hotspur"u qəbul edəcək. "Fulhem" isə həmin gün öz meydanında "Everton"la üz-üzə gələcək.

20:14

İngiltərə Premyer Liqasının 24-cü turun oyununda "Aston Villa" öz meydanında "Brentford"u qəbul edib. "Villa Park" stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib.

İdman.Biz xəbər verir ki, Matçın 42-ci dəqiqəsində "Brentford"un futbolçusu Kevin Şade qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna baxmayaraq, qonaqlar hesabı qorumağı bacarıb. Qarşılaşmada yeganə qolu 45+1-ci dəqiqədə Danqo Uattara vurub.

Bu nəticədən sonra "Aston Villa" 46 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Brentford" isə 36 xalla yeddinci sırada yer alır.

Növbəti turda "Aston Villa" fevralın 7-də səfərdə "Bornmut"la qarşılaşacaq. "Brentford" isə həmin gün "Nyukasl"ın qonağı olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər