top
Premyer Liqada Arsenal, Fulhem və Mançester Yunayted qələbələri - YENİLƏNİB + VİDEO Idman.biz
01 mart 2026, 22:58
- ↺ +

Premyer Liqada "Arsenal", "Fulhem" və "Mançester Yunayted" qələbələri - YENİLƏNİB + VİDEO

İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən London derbisində "Arsenal" öz meydanında "Çelsi"ni qəbul edib. "Emireyts" stadionunda baş tutan gərgin qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunda hesabı 21-ci dəqiqədə Vilyam Saliba açıb. Lakin birinci hissəyə əlavə olunmuş vaxtda (45+2) Pyero İnkapye avtoqol müəllifi olaraq "zadəganlar"ın tarazlığı bərpa etməsinə səbəb olub.

İkinci hissədə təzyiqi artıran Mikel Artetanın yetirmələri 66-cı dəqiqədə Yurriyen Timberin vurduğu qolla yenidən önə keçiblər. "Çelsi"nin vəziyyəti 70-ci dəqiqədə daha da çətinləşib; Pedru Netu ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Azlıqda qalan qonaqlar qalan dəqiqələrdə hesabı dəyişə bilməyiblər.

Bu qələbədən sonra "Arsenal" 64 xalla turnir cədvəlinə başçılıq edir. "Çelsi" isə 45 xalla altıncı pillədə qərarlaşıb.

Növbəti turda, martın 4-də "Arsenal" səfərdə "Brayton"un, "Çelsi" isə "Aston Villa"nın qonağı olacaq.

20:14

İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində "Fulhem" öz meydanında "Tottenhem"i qəbul edib. "Kreyven Kottec" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunun yeddinci dəqiqəsində Harri Uilson hesabı açaraq meydan sahiblərini önə çıxarıb. 34-cü dəqiqədə isə Aleks Ayvobi "Fulhem"in üstünlüyünü iki topa çatdırıb.

İkinci hissədə təzyiqi artıran "Tottenhem" 66-cı dəqiqədə Rişarlisonun vurduğu qolla fərqi minimuma endirsə də, qalan vaxtda tarazlığı bərpa edə bilməyib.

Bu nəticədən sonra xallarını 40-a çatdıran "Fulhem" turnir cədvəlinin doqquzuncu pilləsində möhkəmlənib. Cari mövsümdə uğursuz çıxışını davam etdirən "Tottenhem" isə 29 xalla 16-cı yerdə qərarlaşıb.

"Fulhem" "Tottenhem" Premyer Liqa Rişarlison Aleks Ayvobi

20:05

İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən "Mançester Yunayted" - "Kristal Palas" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyun qonaqların sürətli qolu ilə başlayıb. Dördüncü dəqiqədə Maksans Lakrua "Kristal Palas"ı hesabda irəli çıxarıb. Lakin oyunun gedişatında Lakrua həm də antirekordçu olub. 56-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulan müdafiəçi komandasını azlıqda qoyub.

Yaranan fürsətdən dərhal istifadə edən "Mançester Yunayted" bir dəqiqə sonra, 57-ci dəqiqədə Brunu Fernandeşin penaltini dəqiq yerinə yetirməsi ilə tarazlığı bərpa edib. Qələbə qolunu isə 65-ci dəqiqədə Benyamin Şeşko rəqib qapısından keçirib.

Bu qələbədən sonra xallarını 51-ə çatdıran "Mançester Yunayted" turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. "Kristal Palas" isə 35 xalla 14-cü yerdədir.

Növbəti turda Mançester təmsilçisi martın 4-də "Nyukasl"la qarşılaşacaq. London klubu isə bir gün sonra "Tottenhem"i sınağa çəkəcək.

Paralel keçən "Brayton" - "Nottinqem Forest" oyununda da üç qol vurulub. Altıncı dəqiqədə meydan sahibləri Diyeqo Qomezin qolu ilə hesabı açıb. 13-cü dəqiqədə Morqan Qibs bərabərlik qolunu vurub. 15-ci dəqiqədə isə meydan sahibləri Danni Velbekin qolu ilə hesabı 2:1 edib. oyun bu hesabla da başa çatıb.

Bu hesabdan sonra "Brayton" xallarını 37-yə çatdıraraq turnir cədvəlində 11-ci pilləyə yüksəlir. "Nottinqem Forest" isə 27 xalla 17-cidir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Oxşar xəbərlər