top
Premyer Liqa klubları qış fasiləsini harada keçirəcək? - SORĞU Report.az
18 dekabr 2024, 15:01
- +

Premyer Liqa klubları qış fasiləsini harada keçirəcək? - SORĞU

Misli Premyer Liqası təmsilçilərindən "Turan Tovuz" qış fasiləsini Türkiyədə keçirəcək.

Bu barədə "Report"a Tovuz təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Digər klubların hazırlıq planının dəqiq vaxtı, proqramı tam məlum olmasa da, əksəriyyətinin Azərbaycanda qalacaqları müəyyənləşib.

Anar Hacıyev ("Qarabağ"ın mətbuat katibi): "Toplanış Azərbaycanda olacaq. Toplanışın dəqiq vaxtı, hazırlıq oyunları və digər detallarla bağlı yaxın günlərdə açıqlama veriləcək".

Mahal Məmmədov ("Araz-Naxçıvan"ın mətbuat katibi): "Komanda təlim-məşq toplanışını Bakıda keçirəcək. Yanvarın 5-də və ya 6-da yığışacaqlar. Ən azı bir yoldaşlıq görüşü nəzərdə tutulub, ancaq rəqib müəyyənləşməyib".

Süleyman Tağıyev ("Turan Tovuz"un mətbuat katibi): "Komanda təlim-məşq toplanışını yanvarın 4-13-ü aralığında Türkiyədə keçirəcək. Digər detallarla bağlı açıqlama veriləcək".

Elmar Abdullazadə ("Zirə"nin mətbuat katibi): "Hələ ki, toplanışla bağlı yekun qərar yoxdur. Müəyyənləşdikdən sonra bu barədə klub tərəfindən açıqlama veriləcək"

Elnur Həmidov ("Sabah"ın mətbuat katibi): "Komanda qış təlim-məşq toplanışını Bakıda, öz bazasında keçirəcək. Hazırlıq yanvarın 4-də başlayacaq. Toplanış müddətində keçiriləcək yoxlama oyunları ilə bağlı qarşıdakı günlərdə dəqiq məlumat veriləcək".

Zaur Xudiyev ("Sumqayıt"ın mətbuat katibi): "Hələ hazırlıqla bağlı dəqiq qərar verilməyib. Bununla əlaqədar müvafiq məlumat klub tərəfindən elan olunacaq".

Asəf Zeynallı ("Neftçi"nin mətbuat katibi): "Toplanış Bakıda, öz bazamızda olacaq. Komanda yanvarın əvvəlində bir araya gələcək".

Yusif Hüseyn ("Şamaxı"nın mətbuat katibi): "Toplanış Azərbaycanda olacaq. Komanda yanvarın 3-də yığışacaq. Hazırlıq müddətində 2 yoxlama oyunu planlaşdırılıb".

Azad Mustafayev ("Kəpəz"in mətbuat katibi): "Komanda mövsümün qalan hissəsinə Gəncədə hazırlaşacaq. Yoxlama görüşləri üçün digər bölgələrə gedə bilərik. Toplanışın başlama vaxtı hələ ki, dəqiq deyil. Çox güman, yanvarın 2-si və ya 3-də başlayacaq".

Rəşad Məmmədov ("Səbail"in mətbuat katibi): "Komanda təlim-məşq toplanışını öz bazasında keçəcək. Yanvarın 3-də toplanışa start veriləcək. Bir yoxlama matçı nəzərdə tutulub. Rəqib isə hələ məlum deyil".

Qeyd edək ki, Misli Premyer Liqasında 2024-cü ilin son oyunları XVIII turda dekabrın 20-22-də keçiriləcək. III dövrəyə isə yanvarın 17-19-da start veriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:44

Enzo Fernandes: Messi tarixdəki ən böyük futbolçudur

Futbol
Bu gün, 01:36

Lionel Messi Argentina milli komandası üçün dostluq matçlarına dəvət edildi

Futbol
Bu gün, 00:27

Barcelona, Rafinha ilə yeni müqavilə danışıqlarına start verdi

Futbol
Dünən, 23:54

U-20 milli komandamız oktyabrın 3‑ü Moldovayla, 6‑sı Yaponiyaya qarşı yoldaşlıq matçları keçirəcək

Futbol
Dünən, 23:50

Xames Rodriges milli komandada futbol karyerasını başa vurdu

Futbol
Dünən, 22:35

AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsinə yeni mətbuat katibi və digər əməkdaşlar təyin olundu

Futbol
Dünən, 21:31

Mikloško, Çex və Çexoslovakiya millisinin keçmiş qapıçısı, 64 yaşında vəfat edib

Futbol
Dünən, 21:13

Harri Keyn 2026-cı ilin “Qızıl top” mükafatı üçün kampaniya aparmayacaq

Futbol
Dünən, 20:58

David Domgjoni-nun Kəpəzdəki debutu: Hər şey yaxşı alındı

Qarabağ FK
Dünən, 20:28

“Qarabağ”ın mərkəz müdafiəçisi Bense Varkonyi ilk dəfə Macarıstan milliyə dəvət olundu

Futbol
Dünən, 19:29

Elvin Camalov Neftçiyə veda etdi, karyerasını Qəbələdə davam etdirəcək

Qarabağ FK
Dünən, 18:50

Azərbaycan – Tacikistan dostluq matçının hakim heyəti kimlərdən ibarətdir?

Basketbol
Dünən, 16:23

Naxçıvan basketbol klubu Said İsmayılovu 1 illik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 15:40

Karvan‑Yevlax, “Zirə”nin hücumçusunu icarəyə götürdü

Futbol
Dünən, 12:55

“Kəpəz” komandası “Qəbələ” matçında pirotexnika istifadəsi üçün 5 000 manat cərimə aldı

Qarabağ FK
Dünən, 10:50

"Neftçi" Premyer Liqanın ilk 5 oyununda 17 qol ilə XXI əsrin rekordunu qırdı

Futbol
Dünən, 05:44

Premyer Liqa nəhəngləri Fulham‑un 19‑yaşlı ulduzu Coş King ilə maraqlanır

Gimnastika
Dünən, 02:14

Mədinə Mustafayeva və Vladimir Dolmatov dünya gimnastika çempionatında gümüş medal qazandılar

Futbol
Dünən, 00:36

"Traktor" Asiya Çempionlar Liqasının Elit mərhələsində 0:1 məğlubiyyətlə başladı

Basketbol
14 sentyabr 2026, 23:54

Erhan Toker: “Matçdan razı qaldıq, amma nəticədən narazıyıq”

Futbol
14 sentyabr 2026, 23:37

Zaur Haşımov: “Sabah”a 0:3 məğlubiyyətdə də layiqincə mübarizə apardıq

Futbol
14 sentyabr 2026, 23:06

Valdas Dambrauskas: Çempionlar Liqasından sonra komandamızın tam köklənməsi çətindir

Güləş
14 sentyabr 2026, 22:30

Optimist və ILCA4 siniflərində Yelkən İdmanı Açıq Azərbaycan Çempionatı sona çatdı

Futbol
14 sentyabr 2026, 22:05

Azərbaycan U19 qadın milli komandası Moldova ilə 2-2 bərabərlikdə nəticələndi

Oxşar xəbərlər