top
Premyer Liqa klubları azarkeşləri stadionlara cəlb etmək yollarını axtarır Idman.biz
15 avqust 2025, 13:20
- ↺ +

Premyer Liqa klubları azarkeşləri stadionlara cəlb etmək yollarını axtarır

Azarkeşlər yalnız tribunaları dolduran insanlar deyil, oyunun ruhunu, coşqusunu yaradan əsas qüvvədirlər. Təsadüfi deyil ki, onlar futbolda "12-ci oyunçu" sayılırlar. Hər mövsüm "Qarabağ"ın beynəlxalq oyunlarında tribunalarda yaşanan atmosfer ölkəmizdə futbolun necə sevildiyini nümayiş etdirir.

30252 tamaşaçının izlədiyi "Qarabağ" - "Şkendiya" matçı da bu mövsüm avrokubokların təsnifat mərhələlərində ən çox azarkeş gələn oyunlar arasındadır. Eyni zamanda, "Şelburn"la qarşılaşmada da ölkə çempionu "Tofiq Bəhramov"a 25573 azarkeş toplaya bilib. Bu rəqəmlər möhtəşəm görünsə də, aydın bir təzad diqqəti çəkir: ötən mövsüm milli çempionatda "Qarabağ"ın ev oyunlarını izləyənlərin orta sayı cəmi 1729 nəfər olub.

Ümumiyyətlə, 2024/25 mövsümündə Azərbaycan Premyer Liqasının oyunlarına orta hesabla 1533 tamaşaçı gəlib. Ən sevilən komanda "Turan Tovuz" olub ki, ev oyunlarında orta hesabla 4361 azarkeş toplaya bilib. Bu göstəriciyə görə "Neftçi" ikinci (2209), "Sumqayıt" üçüncü (1858), "Qarabağ" isə yalnız dördüncü yerdə qərarlaşıb. Ən çox izlənən qarşılaşmalar isə, gözlənildiyi kimi, Azərbaycan derbiləridir: "Neftçi" - "Qarabağ" oyunları hər dəfə minlərlə futbolsevəri stadionlara cəlb edib.

Stadionları doldurmaq üçün dünya klublarının təcrübəsi maraqlıdır. Türkiyədə 3-cü liqada çıxış edəndə belə "Bursaspor"un oyunlarına 40 mindən çox tamaşaçı gəlirdi. UEFA-nın maliyyə hesabatına görə, "Qalatasaray" yalnız bilet satışından bir oyundan orta hesabla 2,3 milyon avro gəlir əldə edir və bu göstəriciyə görə Avropada 20-cidir. Təbii ki, azarkeş marağı düzgün idarə olunanda həm stadionlar dolur, həm də klublar maliyyə baxımından güclənir.

"Qarabağ" da azarkeşləri cəlb etmək üçün nəzərəçarpacaq addımlar atır. Bu təşəbbüslərdə Gənclər və İdman Nazirliyinin verdiyi dəstək də mühüm rol oynayıb. "Şkendiya" ilə oyun günü "Tofiq Bəhramov"un qarşısında azarkeşlər üçün əyləncələr və iaşə obyektləri ilə təchiz olunmuş fan-zona təşkil edilib, stadionun ərazisinə giriş prosesi asanlaşdırılıb. Tamaşaçılar arenanın qapılarında uzun-uzadı növbələrdə dayanmaq məcburiyyətində qalmayıblar. Azarkeşlər müxtəlif müsabiqə və viktorinalara qatılıb, maraqlı hədiyyələr, o cümlədən komandanın avrokuboklardakı növbəti oyununa bilet qazanmaq imkanı əldə ediblər. "Kəhər" ləqəbli maskot atın arenada görünməsi də tribunada coşqu yaradıb - maskotlar hələ də Azərbaycan futbolunda nadir hal sayılır. Klub bu cür aksiyaları Premyer Liqa oyunlarında da təşkil etməyi planlaşdırır.

"Qarabağ"ın avrokuboklardakı oyunlarında insanların stadiona ailəvi gəlməsi, qadın və uşaqların çoxluğu da diqqət çəkir. Əlbəttə, milli çempionatın oyunlarında da bunu görmək xoş olardı. İstərdik ki, insanlar oyuna, stadiona gəlməyi əyləncəli vaxt keçirmək kimi baxsınlar, əylənsinlər və istirahət etsinlər, həm də adrenalin yaşasınlar. Şübhəsiz ki, klublar bunları həyata keçirmək, reallaşdırmaq üçün çox çalışmalıdırlar.

Beynəlxalq səviyyədə aparılan sosial sorğular göstərir ki, əslində azarkeşlər arasında qadınların sayı düşünüləndən daha çoxdur və bu auditoriya seqmenti əvvəllər yetərincə qiymətləndirilməyib. "Nielsen" marketinq şirkəti müəyyən edib ki, 2022-ci il futbol üzrə dünya çempionatında azarkeşlərin 37%-ni qadınlar təşkil edib. Qadınlar təbiət etibarilə kişilərə nisbətən daha emosional olurlar. Əgər belədirsə, klublar niyə onları tribunalara cəlb etməyə çalışmasınlar?

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsüm başlayır. İştirakçıların sayı da 12-yə çatıb, əyalət təmsilçiləri çoxalıb. Düzdür, onlardan doqquzu bölgə klubu olsa da, bəzisi stadion probleminə görə öz meydanında oynamır, bəzisi də elə Bakıda məskunlaşıb.

Bizdə azarkeşlərin stadionlara gəlməməsinin səbəbləri hələ də geniş araşdırılmayıb. Bəzi klublar fan-şoplarını açsalar da, bəzilərinin heç rəsmi saytı yoxdur, sosial şəbəkələrdə çox da fəal deyillər. Halbuki müasir dövrdə bu vasitələr azarkeşlərlə birbaşa ünsiyyətin ayrılmaz hissəsidir. Azarkeşləri stadionlara qaytarmağın yolları çoxdur: bilet alanlara hədiyyələr, ailələr üçün uyğun şərait, maraqlı fan-zonalar, musiqi və şoular, uşaqlar üçün oyun zonaları, münasib qiymətə yemək və içki xidmətləri və əlbəttə ki, komandanın uğurları.

Sovet dövründə - ötən əsrin 80-ci illərinin ikinci yarısında "Neftçi"nin oyunları zamanı azarkeşlər üçün lotoreya olaraq avtomobil qoyulması təcrübəsi də var. Bu təcrübədən müstəqillik dövründə bəzi oyunlarda yararlanıblar. Məsələn, Azərbaycan kubokunun finalında.

Müasir azarkeş stadionu sadəcə oyun izləniləcək yer kimi deyil, həm də əyləncə, istirahət və emosional enerji məkanı kimi görür. Klublar bunu başa düşməli və hər oyunu bir bayrama çevirməlidirlər. Çünki azarkeşsiz futbol - ruhsuz oyundur.

Rasim Mövsümzadə
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
Dünən, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
Dünən, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
Dünən, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
Dünən, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
Dünən, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
Dünən, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər