Portuqaliya prezidenti Antoniu Joze Sequru Kriştianu Ronaldunun milli komandadakı karyerasını başa vurmaq qərarına münasibət bildirib.
İdman.Biz xəbər verir ki, dövlət başçısı sosial şəbəkə hesabında paylaşım edərək 41 yaşlı hücumçuya təşəkkürünü çatdırıb.
"Portuqaliya adından Kriştianu Ronalduya milli komandamızı təmsil etdiyinə, xalqımızı ruhlandırdığına və ölkəmizi bütün dünyada tanıtdığına görə təşəkkür edirəm.
Başa düşürəm ki, bu, Ronaldunun idman həyatının ən çətin günlərindən biridir. Amma əminəm ki, əvvəllər də dəfələrlə olduğu kimi, Portuqaliya xalqı indi də onun yanındadır.
Bilirəm ki, Portuqaliya bundan sonra da onun vətəninə olan sevgisinə arxalana bilər. O, hər məşqdə, hər oyunda və hamımıza sevinc bəxş edən hər qolunda göstərdiyi fədakarlıqla ölkəsini təmsil etməyə davam edəcək.
Sənə ən xoş arzularımı çatdırıram, Kriştianu. Sənə ürəkdən təşəkkür edirəm", - deyə Sequru yazıb.
Xatırladaq ki, Ronaldu noyabrın 5-də Portuqaliya millisindəki karyerasını başa vurmaq qərarını açıqlayıb.