"Sportinq" klubu baş məşqçi Joao Pereyra ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.
40 yaşlı mütəxəssis ötən ayın 11-də "Sportinq"də Ruben Amorimi əvəzləmişdi. O, uğursuz nəticələrə görə komandadan göndərilib. Klub hələlik bu barədə açıqlama yaymayıb.
Qeyd edək ki, "Sportinq" Pereyranın rəhbərliyi altında keçirdiyi 8 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib, 4 dəfə isə məğlub olub.