top
Portuqaliya mətbuatı: Qarabağın Benfika üzərində qələbəsi sensasiya yaratdı Report.az
17 sentyabr 2025, 13:25
- ↺ +

Portuqaliya mətbuatı: "Qarabağ"ın "Benfika" üzərində qələbəsi sensasiya yaratdı

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanaraq Azərbaycan klub futbolunun tarixinə qızıl səhifə yazdı. Ağdamlılar I turda səfərdə Portuqaliyanın "Benfika" komandasını 3:2 hesabı ilə məğlub etdilər. "Köhlən atlar" görüşün 16-cı dəqiqəsində 0:2 hesabı ilə geridə olarkən inanılmaz geridönüş etdilər.

Ağdam klubunun qələbəsi azarkeşlər üçün əsl bayrama çevrildi. Bundan əlavə, Avropanın bütün aparıcı idman nəşrləri t'msil,imizin uğuru haqqında yazdı. Portuqaliyada matçın nəticəsi geniş rezonans doğurdu və "Benfika" azarkeşlərini şoka saldı.

"Report" Portuqaliyanın aparıcı KİV-lərinin "Qarabağ"ın qələbəsi haqqında icmalını təqdim edir.

Ölkənin ən nüfuzlu gündəlik qəzetlərindən biri olan "Público" qeyd edib ki, görüşün ilk dəqiqələrində "Benfika"nın oyunu qüsursuz görünürdüsə, "Qarabağ"ın təzyiqi altında Portuqaliya klubu paramparça oldu. Nəşr yazır ki, "Benfika" azarkeşləri öz komandasının oyunundan açıq şəkildə narazılıqlarını bildiriblər.

"Público" "Qarabağ"ı "Benfika"nın özünün gözlənilmədən xəstələndiyi "dərman"la müqayisə edib: "Oyundan əvvəl Azərbaycan çempionatında yeddinci yerdə olan komandanın "qırmızılar"ın son vaxtlarda üzləşdikləri bəlalara qarşı mükəmməl çarə olacağını təsəvvür etmək asan idi. İlk dəqiqələrdən sonra bu təəssürat daha da gücləndi: aşkar pressinq çatışmazlıqları olan Azərbaycan klubu rəqibə istədiyi kimi oynamağa imkan verdi. Lakin birdən hər şey dəyişdi - və "dərman" xəstəliyə çevrildi".

Ölkənin ən qədim qəzetlərindən biri olan "Diário de Notícias" öz materialında "Benfika"nın baş məşqçisi Brunu Laje və onun oyunçularını fit və ağ dəsmallarla (baş məşqçinin istefasına çağırış - red.) yola saldıqları faktını diqqətdən kənarda qoymayıb ki, bu da oyundan dərhal sonra işdən çıxarılan məşqçi üçün vəziyyəti daha da çətinləşdirib.

"Qarabağ" Çempionlar Liqası matçını "Luş"da ("Eştadiu da Luş", "Benfika"nın ev stadionu - red.) əsl kabusa çevirdi, gözlənilmədən 3:2 hesabı ilə qalib gələrək "qırmızılar"ın azarkeşlərində əsəb pozuntusuna səbəb oldu", - qəzet vurğulayıb.

Məşhur gündəlik qəzet olan "Jornal de Notícias" (JN) Ağdam klubunun qələbəsinin tamamilə gözlənilməz olduğunu, "Qarabağ"ın "Benfika" üçün "rahat rəqib" kimi qəbul edildiyini vurğulayıb: "Brunu Lajenin komandası yeni başlayanlar üçün səciyyəvi olan səhvlərə yol verdi və Çempionlar Liqasında ən rahat rəqiblərdən biri üzərində qələbə qazanmaq üçün parlaq fürsəti əldən verdi".

"Correio da Manhã" qəzeti oyun haqqında kifayət qədər təmkinli material dərc etsə də, başlıq bunu tam kompensasiya edib: "Hesabda dönüş: "Benfika" Luşda "soyuq duş"dan sonra "Qarabağ"a məğlub oldu".

"Observador" nəşri "Qarabağ"ın qələbəsini inanılmaz adlandırıb: "Şərq komandası geridönüşü tamamladı - beş rəqiblə əhatə olunmuş bir oyunçu xüsusi müqavimət olmadan dəqiq zərbə endirərək hesabı 3:2 etdi".

UEFA Çempionlar Liqası "Benfika" klubu Qarabağ klubu
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Futbol
Bu gün, 11:41

Cud Bellinqem 23 yaşında İker Kasilyasın rekordunu qırdı

Futbol
Bu gün, 11:40

"Lids" Liverpoolun yarımmüdafiəçisini qış transfer pəncərəsində transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 11:39

Lionel Messinin uşaqlarının təhsil xərcləri açıqlanıb

Gimnastika
Bu gün, 11:09

Gimnastikada finala yaxınlaşan Azərbaycanlı Nikita Simonov: 'Daha güclü olmaq üçün planlarım var'

Minifutbol
Bu gün, 11:05

Azərbaycan futzalının milli komandası Çexiya ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Roman Hüseynov: Vəziyyətin bu səviyyəyə çatmasını istəmirik

Digər
Bu gün, 10:58

Gəncə'də Zəfər Gününü qeyd edərək veloyürüş keçirildi

Oxşar xəbərlər