Arzumu reallaşdırdım, avrokuboklarda oynamaq üçün "Qarabağ"a keçdim.
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın qapıçısı Mateuş Koxalski "Przegladsportowy" nəşrinə müsahibəsində deyib.
24 yaşlı qolkiper Bakıda Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirdikləri Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu (0:2) haqqında danışıb.
Polşalı oyunçu "Çempionlar Liqasının himnini eşidəndə bir az stress keçirdinizmi" sualını cavablandırıb:
"Bəli. Amma eyforiya daha çox idi. Arzumu reallaşdırdım, avrokuboklarda oynamaq üçün "Qarabağ"a gəldim.
M.Koxalski Azərbaycan haqqında da danışıb:
"Burada təhlükəsizlik hissi daha da böyükdür. Mən nə dava-dalaş, nə küçələrdə sərxoş insanlar, nə də evsiz-eşiksiz olanları gördüm".
Qeyd edək ki, Mateuş Koxalski cari ilin avqustunda "Qarabağ"a transfer olunub.