"Mançester Yunayted"in veteran futbolçusu Poul Skoulz keçmiş koandasının "Tottenhem"lə oyununu tənqid edib.
İdman.biz xəbər verir ki, o, "qırmızı şeytanlar"ın baş məşqçisiz təsir bağışladığını deyib.
Skoulz bildirib ki, artıq ikiilyarımdır vəziyyət dəyişməyib: "Komandanın necə oynadığı bəlli deyil. Onların əks-hücumda, yoxsa müdafiədən oyun quracağı qeyri-müəyyəndir. Heç nə anlamaq mümkün deyil. Sanki komanda baş məşqçisiz təsir bağışlayır. Bu artıq ikiilyarımdır belədir. Ange Postekoqlu gələndə "Tottenhem"in nə edəcəyini bilinirdi və bu yolda çıxışını davam etdirir".
Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasının son turunda öz meydanında "Tottenhem"ə 0:3 hesabı ilə uduzub.
İdman.biz