top
Playmakers layihəsi çərçivəsində məşqçi-müəllimlər üçün təlim-seminar keçirildi Idman.biz
05 oktyabr 2025, 17:25
- ↺ +

"Playmakers" layihəsi çərçivəsində məşqçi-müəllimlər üçün təlim-seminar keçirildi

AFFA Təhsil və Reabilitasiya Mərkəzində, UEFA və "Disney"in birgə təşəbbüsü, AFFA-nın təşkilatçılığı ilə həyata keçirilən "Playmakers" layihəsi çərçivəsində məşqçi-müəllimlər üçün təlim-seminar keçirilib.

İdman.biz xəbər verir ki, tədbirin açılışını AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva ediblər.

Təlim prosesinə layihənin təlimatçıları Gülyana Özcan və Ofeliya Qafarova rəhbərlik ediblər.

Seminar iki hissədən ibarət olub – nəzəri və praktiki.

Nəzəri hissədə iştirakçılara layihənin məqsədləri, metodikası və məşq sessiyalarının tətbiqi qaydaları izah olunub.

Praktiki hissədə isə meydançada interaktiv fəaliyyətlər həyata keçirilib və iştirakçılar uşaqlarla iş zamanı tətbiq olunan "Playmakers" məşq modellərini əyani şəkildə sınaqdan keçiriblər.

Bakı və üç regionda olmaqla 25 mərkəzdə fəaliyyət göstərən "Playmakers" layihəsi 2028-ci ilə qədər davam edəcək. Layihənin reallaşmasında əsas məqsəd 5-8 yaşlı qız uşaqlarının futbola marağını artırmaq, sosial və psixoloji bacarıqlarını inkişaf etdirmək və erkən yaşdan sağlam həyat tərzinə təşviq etməkdir. Layihə 2022-ci ildən etibarən AFFA-nın təşkilatçılığı ilə uğurla icra olunur və bu müddət ərzində 6000-dən çox qız uşağı "Playmakers" proqramı vasitəsilə futbolla tanış olub.

"Playmakers" proqramı qadın futbolunun inkişafına, gender bərabərliyinin təşviqinə və gənc qızların idmana inteqrasiyasına mühüm sosial töhfə verir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər