top
PFL və AFFA-dan İmişlinin Quba stadionunda oynaması ilə bağlı AÇIQLAMA Idman.biz
16 fevral 2026, 20:41
- ↺ +

PFL və AFFA-dan "İmişli"nin Quba stadionunda oynaması ilə bağlı AÇIQLAMA

"Peşəkar Futbol Liqasının qəbul etdiyi hər bir qərarının əsasları vardır. Ümumiyyətlə, "İmişli" niyə Quba OİK stadionunda oynayır" sualına cavab tapmaq üçün bir az əvvələ qayıtmaq və qlobal məqamlara toxunmaq lazımdır".

İdman.Biz bildirir ki, bu sözlər Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədova məxsusdur.

"Bildirmək istərdik ki, "İmişli" klubu Premyer Liqaya vəsiqə qazanacağı təqdirdə ev oyunlarını keçirmək üçün mətbuatda yazıldığı kimi Şamaxı və ya Quba stadionunu sifariş etməyib. Onlar Premyer Liqaya vəsiqə qazanacaqları təqdirdə İmişli şəhər stadionunda oynayacaqlarını bildiriblər və bu stadionda olan çatışmazlıqlar ətraflı şəkildə müvafiq instansiyalara biz tərəfdən bildirilib. Nəinki "İmişli", hətta Premyer Liqaya vəsiqə qazanan komandaların sayında dəyişiklik edildikdən sonra potensial Premyer Liqa komandalarının stadionlarına ətraflı şəkildə baxış keçirilib və bütün çatışmazlıqlar tam şəkildə göstərilib.

"İmişli" klubunun rəhbərliyi tərəfindən İmişli stadionunun Premyer Liqa oyunları üçün hazır vəziyyətə gətirilə bilməməsi səbəbi artıq ictimaiyyətə açıqlanıb", - Səmədov deyib.

O bildirib ki, prosesə yanaşma baxımından PFL eyni addımları "Karvan" klubundan da tələb edib: "Yevlax təmsilçisi imkanları çərçivəsində öz arenasını oynanılacaq duruma gətirib. Bura qədər isə stadionda Premyer Liqa standartlarına uyğunluq baxımından xeyli problemlər yaranmışdı. Peşəkar Futbol Liqası olaraq, ən adi elementlərə qədər – isti su, avtodayanacaq, çəkiliş meydançaları, media sektor, miks zona, mətbuat konfransı otağı, paltardəyişmə otağı, eləcə də xüsusi önəmli məqamlardan biri kimi qazonla bağlı tələb-məsləhətlərimizi verdik və klub əməl etdi. "Karvan" stadionunun qazonunun FİFA sertifikatı alması yönündə tələblərimizdən çəkilmədik və bütün addımlardan sonra məkanı yoxlama oyunu ilə sınaqdan keçirib razılıq verdik.

Bu gün isə Yevlax təmsilçisi hətta "Kəpəz" klubunun da istifadəsinə imkan yaradıb dəstək olacaq bir məkana sahibdir".

Səmədov qeyd edib ki, Premyer Liqanın startı ərəfəsində stadionlar ilə bağlı durum fərqli olub.

"Belə ki, Qəbələ şəhər stadionundan yerli komanda ilə yanaşı "Kəpəz", Şamaxı şəhər stadionundan yerli komanda ilə yanaşı "Karvan" klubu istifadə edirdi. "Bayıl Arena" Premyer Liqa üçün qəbul olunmadığına, "Kapital Bank Arena"nın qazonu isə hazır olmadığına görə "İmişli" klubu Quba OİK stadionuna üz tutdu. Amma burada ilkin təftiş zamanı xeyli problemlər aşkarlandı. Bura çəkiliş platformaları, media sektor, miks zona, qazon, soyunub-geyinmə otaqlarında olan problemlər daxil idi. Həmin problemlərin aradan qaldırılması üçün tələb olunan vaxtda AFFA və PFL-in təşəbbüsü ilə "İmişli" 2 oyunluq ev görüşlərini AFFA-dan icarəyə götürdüyü Şamaxı şəhər stadionunda keçirdi və yekun təftişdən sonra ümumi infrastruktur imkanları nəzərə alınaraq "İmişli"yə Quba OİK-də oynamaq icazəsi verildi.

Bəli, biz də qəbul edirik ki, hal-hazırda qış ayları olduğu üçün Quba OİK stadionunun qazonu yaxşı vəziyyətdə deyil, amma biz klubla birlikdə demək olar ki, hər oyundan öncə, hər oyundan sonra qazonun oyunlara nisbətən hazır olması üçün çalışırıq. Quba OİK stadionunda Premyer Liqa oyunlarının keçirilməsi yönündə işlər görüldükdən sonra Peşəkar Futbol Liqası qərar verib, amma qərarın özəyində yuxarıda sadalanan məqamlar və ümumi infrastruktur vəziyyətindən yaranmış ümumi mənzərə dayanıb. "Hazırda klubun başqa stadionda oynamaq şansları necədir" sualı isə təhlil olunmalıdır. Peşəkar Futbol Liqası öz növbəsində "İmişli"nin bu rəqibinə bu, digər rəqibinə başqa imkanların yaradılmasının tərəfdarı deyil. Biz PFL olaraq, idman prinsiplərinin qorunması və hər bir komandaya ortaq şəraitin yaradılmasına çalışırıq", - PFL prezidenti vurğulayıb.

11:31

"Xatırlayırsınızsa, mövsümün əvvəlində AFFA öz balansında olan Şamaxı şəhər stadionunu "İmişli" klubuna bir neçə oyunluq vermişdi ki, mövcud nöqsanları aradan qaldırsınlar. Daha sonra Quba Olimpiya Kompleksinə baxış keçirildikdən sonra Peşəkar Futbol Liqası (PFL) bizə bildirdi ki, həmin meydançada artıq Premyer Liqa oyunları keçirmək olar".

Bu sözləri AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Murad Axundov deyib.

Qurum rəsmisi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun bir gün öncə "İmişli" ilə oyundan (1:0) sonra səsləndirdiyi fikirlərə belə cavab verib.

"Bilindiyi kimi, Premyer Liqaya yüksələn komanda oynayacağı stadionu sifariş verir. Daha sonra Peşəkar Futbol Liqası (PFL) tərəfindən həmin stadiona təftiş heyəti göndərilir. Rəy olaraq bizə bildirilir ki, həmin stadionda oynamaq olar, yoxsa olmaz. Quba Olimpiya Kompleksi "İmişli" tərəfindən sifariş olunmuşdu. PFL də bu stadiona baxış keçirərək orada futbol oynamağın mümkün olduğunu Lisenziya və Qeydiyyat Departamentinə bildirmişdi. Nəticədə həmin rəy əsasında kluba Premyer Liqada çıxış etmək üçün lisenziya verilmişdi. Təkcə "İmişli"nin oynadığı stadion yox, hətta "Karvan-Yevlax" və "Turan Tovuz"un stadionlarında yaranan problemlər zamanı da AFFA heç bir müdaxilə edə bilməz, etməyib də. Yalnız PFL həmin stadionlarda oynamağa icazə verdikdən sonra orada oyun keçirilə bilər" , - deyə o, futbolinfo.az-a açıqlamasında deyib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 14:00

“Sabah” rəsmisi “Arsenal” və “Bornmut” nümayəndələri ilə eyni siyahıda!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Oxşar xəbərlər