top
PFL rəsmisi: Yutub kanalımız Azərbaycan futbolunun arxivi üçün də önəmlidir Idman.biz
28 iyun 2025, 15:21
- ↺ +

PFL rəsmisi: "Yutub kanalımız Azərbaycan futbolunun arxivi üçün də önəmlidir"

"İstər Premyer Liqada, istər digər liqalarda oyun bitdikdən cəmi 10 dəqiqə sonra icmallar artıq yutub kanalımızda yer alır. Burada oyunun Bakıda və ya ən ucqar zona olan Zaqatalada keçirilməsi fərq etmir. Belə bir sistem qurmuşuq ki, artıq operatorların gəlməsinə, montajorun onu gözləməsinə ehtiyac yoxdur. Demək olar ki, 10-15 dəqiqədən sonra bizdə icmallar saytda yerləşdirilir".

İdman.biz xəbər verir ki, bu barədə Teleqraf-a PFL-in Media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib.

Abdullayev 104 min izləyiciyə malik rəsmi yutub kanalında operativ sistem yaradılmasından danışıb: "PFL-in 2 yutub kanalı var. Sevindirici məqam odur ki, izləyici və abunə sayı durmadan artır. Artıq yutub bizə AzPFL kanalı ilə bağlı gümüş plaket də göndərib. Hələlik yutub kanalımızın fəaliyyəti, statistikası məni qane edir. Azərbaycan futbolunda, Azərbaycan idmanında, demək olar ki, ən öndə gedən kanallardan biridir – həm statistika, həm operativlik baxımından. Özünüz də bunun şahidi ola bilərsiniz. Bundan əlavə, bütün oyunlar demək olar ki, canlı yayımlanır - həm Premyer Liqa, həm I Liqa/II Liqa kanallarında".

Qurum rəsmisi bu kanalı təkmilləşdirmək, əlavə verilişlər açmaq planınından da söz açıb. Onun sözlərinə görə, bu, maliyyə səbəbindən müəyyən zaman ala bilər: "Təbii ki, bununla bağlı çox böyük planlarımız var. Amma müəyyən məsələlər maliyyə tələb edir, kadr potensialımız ona imkan verməlidir. İzləyici kütləmiz hər il durmadan artır. Düşünürəm ki, bu Azərbaycan futbolunun arxivi üçün də önəmlidir. Gənc futbolçular üçün də böyük bir stimuldur, şansdır. Razılaşın ki, hazırda ulduz olmuş yerli futbolçuların gənclik illərindən görüntülər tapmaqda çətinlik çəkirik, əlimizdə yoxdur. Amma bu kanalın bizə gələcəkdə çox böyük faydası olacağını görəcəyik".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”ın heç futbolçusuz IX tur rəmzi komandası açıqlandı

Futbol
Bu gün, 09:52

Futbolçuların oyun əvvəlində ammonyak duzlarını iyləmə səbəbləri açıqlanıb

Futbol
Bu gün, 09:49

Alonso'nun Enfieldə dönüşü, Bayern'ın kubok revanşı və İtalyan çempionatında nəhəng duelləri

Futbol
Bu gün, 09:40

Liverpoolin transfer siyahısında 3 yarımmüdafiəçi – Kamara, Skott və Nmecha

Qarabağ FK
Bu gün, 09:39

Qarabağ U-19 uşaqları 15:30‑da Azərsun Arena’da Dinamo ilə UEFA Gənclər Liqasında oyunçudur

Basketbol
Bu gün, 09:32

LANDAU Lions

Futbol
Bu gün, 09:20

Neymar 6 oyunda diskvalifikasiya və 100 min real cəriməyə məruz qala bilər

Basketbol
Bu gün, 09:14

"Neftçi" FIBA Avropa Kubokunun IV turunda Oradya ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Azərbaycan Kuboku II mərhələsində bu gün 5 qarşılaşma baş tutacaq

Futbol
Bu gün, 08:40

Atletiko şikayət etdi, RFEF Barcelona klubuna 602 avro cərimə verdi

Futbol
Bu gün, 08:20

Çelsi, 20 milyon avro ödədiyi Paes'i satmaq və ya icarəyə vermək istəyir

Futbol
Bu gün, 08:04

Liverpul Manchester Unitedın hədəfi olan Everton müdafiəçisinə 96 milyon avro dəyərində maraq göstərir

Futbol
Bu gün, 08:00

Espanyol baş məşqçisinin vəzifəsindən azad edilməsi

Futbol
Bu gün, 07:12

Türk dövlətlərindən futbolçulara yerli status: Azərbaycanlı futbolçular üçün yeni imkanlar

Futbol
Bu gün, 06:15

Rothen: “Mbappenin təbliğat kampaniyası olmasaydı, “Qızıl top”da ikinci olmazdı”

Güləş
Bu gün, 06:14

Nurəddin Rəcəbov: Azərbaycan güləşçiləri daha yüksək nəticə və əlavə medallar əldə edə bilərdilər;

Güləş
Bu gün, 05:28

Sənan Süleymanov: Qızıl medal qazanıb dünya çempionu oldum

Futbol
Bu gün, 05:11

Harri Keyn Qızıl Top mükafatını aldığını və arzularını aşdığını bəyan etdi

Futbol
Bu gün, 04:17

Lamin Yamalın atası Barcelona hava limanında qadına tüpürüb, stul atdı

Futbol
Bu gün, 03:21

Rəşad Sadıqov: Komandanın çətin vəziyyəti gizlənə bilməz

Futbol
Bu gün, 03:08

Arsenal İngiltərə Liqa Kubokunun 1/8 finalında Flitvud'a məğlub oldu;

Futbol
Bu gün, 02:41

Futbolçu iki sarı vərəqə almasına baxmayaraq meydandan çıxmadı

Futbol
Bu gün, 02:21

“Arsenal” dördüncü liqa “Flintwood Town” qarşısında penaltilərdə məğlub olaraq İngiltərə Liqa Kubokundan çıxdı – oyun zamanı naməlum uçan obyektlə dayandırıldı

Futbol
Bu gün, 01:31

Rodri: Real Madrid bizdən güclüdür, bunu qəbul etməliyik

Oxşar xəbərlər