top
PFL rəsmisi II Liqadakı dəyişikliklərin səbəblərini açıqlayıb Report.az
05 avqust 2025, 13:31
- ↺ +

PFL rəsmisi II Liqadakı dəyişikliklərin səbəblərini açıqlayıb

Futbol üzrə Azərbaycan II Liqasında oynamaq istəyində olan komandaların sayı çox olub.

Bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib.

PFL rəsmisi çempionatda format dəyişikliyini şərtləndirən səbəblər barədə danışıb:

"Məlum olduğu kimi, ötən mövsümün yekunlarına əsasən II Liqadan I Liqaya 3 komanda yüksəldi. Region Liqasının qalibi II Liqanın sonuncusunu əvəzlədi. Pley-off yekunlarına əsasən isə Region Liqasının finalında oynamış "Şirvan" üst liqada çıxış hüququ əldə etdi. Bununla yanaşı, "Qusar" komandası rəsmi müraciətə və dəfələrlə xatırlatmalarımıza baxmayaraq, 2025/2026 mövsümündə iştirakını təsdiqləmədi. Bu komandanın oyunları zamanı ötən mövsüm ərzində sistematik neqativ hallar yaşandığını nəzərə alaraq, başqa bir komanda ilə əvəzlənməsinə qərar verildi. Bu dəyişiklik zamanı həmişəki kimi idman prinsiplərinin rəhbər tutulmasına çalışıldı və ötən il Region Liqasında 3-cü yeri tutmuş "Ağstafa Gəncləri" komandasının II Liqaya buraxılmasına qərar verildi".

S.Abdullayevin sözlərinə görə, AFFA və PFL olaraq həmişə idman prinspilərinə mümkün olduğu qədər əməl edilməsi əsas hədəflərdən olub:

"Bu dəfə də istisna olmadı. Həm idman prinsipləri qorundu, həm də II Liqada çıxış etmək istəyən, nisbətən yaxşı imkanlara malik komandalara şans yaradıldı. Belə ki, Region Liqasından II Liqaya 3 komandanın yüksəlmək şansı olacaq. Region Liqasında 1-ci yerin sahibi birbaşa II Liqaya vəsiqə qazanacaq, 2-ci və 3-cü yerlərin sahibləri müvafiq olaraq, 2-ci Liqada 11-ci və 10-cu yerləri tutmuş komandalarla 1 oyundan ibarət pley-off oyunu keçirəcəklər. II Liqa 27 turdan ibarət olacaq. Komandalar ilkin olaraq 2 dövrədən ibarət 22 turda, daha sonra 5 turdan ibarət "altılıq" sistemində yarışacaqlar. 22 tur bu yarış üçün çox az olardı. 12 komandalı çempionatların imkan verdiyi "6-lıq" sistemini tətbiq etmək qərarına gəldik. İnanırıq ki, bu durum istər aşağı, istərsə də yuxarı pillələrdə yer alan komandaların yarışdan tez qopmasının qarşısını alacaq. Bundan əlavə, bir daha qeyd edək ki, görüşdüyümüz namizəd komandaların həqiqətən də futbolla bağlı planları bizi sövq etdi ki, aşağıdakı komandaların şans qazanması və motivasiya əldə etməsi üçün zəmin formalaşdıraq. Bu eyni zamanda II Liqada qalmaq uğrunda mübarizəni də kəskinləşdirəcək".

Qeyd edək ki, II Liqada 2025/2026 mövsümü sentyabrın 6-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 20:15

Sabah Qravett'ı geri qaytarmaqda

Futbol
Bu gün, 20:04

Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq”

Futbol
Bu gün, 19:57

Qattuzo: "Otağa girdim, sanki morq kimi hissettim"

Futbol
Bu gün, 19:51

Joze Mourino İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçildi

Cüdo
Bu gün, 19:43

Azərbaycanın iki cüdo hakiminə beynəlxalq dərəcə verildi

Futbol
Bu gün, 19:35

Sumqayıtın futbolçuları milli komandalarına çağırıldı

Futbol
Bu gün, 19:28

İspaniya Milli Komandası Çexiyaya qarşı matçda Yamal iştirak etməyəcək

Cüdo
Bu gün, 19:24

Yaponiyadaki cüdo təlimlərinə başlanan Azərbaycan yeniyetmə komandası

Futbol
Bu gün, 19:17

Kəpəz Təlim‑Məşq Mərkəzində AFFA‑nın C kateqoriyalı məşqçilik kursları başladı

Cüdo
Bu gün, 19:04

Vyanada Azərbaycan döyüşçüləri Vendetta Fight Nights turnirində iki qalibiyyət qazandı

Futbol
Bu gün, 18:54

Mezzotero milli komandadan çıxarılıb, Salyanski dəvət edildi

Futbol
Bu gün, 18:48

Lixtenşteynin kapitanı Hasler zədələnib, Azərbaycanlı milli komanda ağır zərbə alır

Şahmat
Bu gün, 18:42

Şəhriyar Məmmədyarov sabah Budapeştdə 'Total Chess' turnirinə başlayır

Futbol
Bu gün, 18:23

Norveç futbol oyununda tribuna çökmüş, azarkeş xəstəxanada

Digər
Bu gün, 18:08

ABŞ-də Karolina Panthers və Denver Broncos matçında korgi it meydanı işğal etdi

Futbol
Bu gün, 17:56

Niderlandın ikinci liqasında azarkeşl etirazı səbəbindən "Vitess" - "De Qraafşap" matçı ləğv edilib

Futbol
Bu gün, 17:55

Azərbaycan İFA II Liqasının X turunda Hypers 4:0, Qaradağ Lökbatan isə 5:0 qalib gəldi

Futbol
Bu gün, 17:50

"Sabah" FK milli fasilədə 4 günlük istirahətə buraxılıb

Futbol
Bu gün, 17:44

Raül Qonsales İspaniyanın "Ovyedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 17:42

Messi, Zidan və Podolskidəki kimi: Kriştiano Ronaldonun milli komandadan uğursuz xaric olmasından sonra vida mərasimi necə keçiriləcək?

Futbol
Bu gün, 17:35

Monza da Azərbaycan milliyyəti Lorenzo Mezzotero'nu izləyir

Futbol
Bu gün, 17:32

Valensiya klubunun borcu 592,8 milyon avroya yüksəldi.

Olimpiada
Bu gün, 17:25

Beşqat olimpiya çempionu Teddi Rine 2027 prezident seçkilərinə namizəd olmaq qərarını bildirdi

Futbol
Bu gün, 17:14

Raul Qonsales İspaniyanın "Real Oviedo" klubunun baş məşqçisi təyin olundu

Oxşar xəbərlər