top
PFL prezidenti: “Azərbaycan futzalının siması olan “Araz Naxçıvan”la finalda qarşılaşmaq fəxrdir” - MÜSAHİBƏ Report.az
03 mart 2025, 12:43
- ↺ +

PFL prezidenti: “Azərbaycan futzalının siması olan “Araz Naxçıvan”la finalda qarşılaşmaq fəxrdir” - MÜSAHİBƏ

Futzal üzrə Azərbaycan I Liqasında mübarizə aparan Peşəkar Futbol Liqasının (PFL) eyniadlı komandasının baş məşqçisi, həm də rəhbəri olan Elxan Səmədov "Report"a müsahibə verib. O, Azərbaycan Kubokunun yarımfinalında U-19-u məğlub etmələri və son ölkə çempionu "Araz-Naxçıvan"la final matçında şansları barədə danışıb. PFL prezidenti hazırda lider olduqları I Liqanın durumunu dəyərləndirib, Yüksək Liqaya vəsiqə qazanmaq şanslarına toxunub. O, Azərbaycan millisinin Avropa çempionatının əsas mərhələsində çıxışına da münasibət bildirib.

- Azərbaycan Kubokunun yarımfinalında qarşılaşdığınız U-19-la oyun barədə fikirlərinizi bildirərdiniz.

- İllər öncə yaşadığım sevinci təkrarlamaq ikiqat xoş oldu. O vaxt da oynayan məşqçi olduğum BEGOC (Avropa Oyunları Əməliyyat Komitəsi) klubu 2015/2016 mövsümündə finala çıxmış və həlledici görüşdə EKOL-a uduzmuşdu. Bu dəfə səhhətimlə əlaqədar meydançada olmasam da, daim komanda ilə birlikdə idim. Bu oyuna çox ciddi hazırlaşırdıq. Rəqib fiziki cəhətdən bizdən üstün idi. Buna görə də oyunu müdafiədən qurmağa və onları əks-hücumda yaxalamağa qərar verdik. Təcrübə sözünü dedi və taktikamız uğurlu alındı. Komandamız uzun illərdir bir yerdə oynayır və hər kəs bir-birini yaxşı başa düşür. Böyük hesabla qalib gəlməyimizə baxmayaraq, matç ağır keçdi.

- Bu mərhələyə qədər irəliləyəcəyinizi gözləyirdiniz?

- Minimal hədəfimiz yarımfinala qədər irəliləmək idi. Maksimum isə finala çıxmağı və qalib gəlməyi arzulayırdıq.

- Finalda son ölkə çempionu "Araz-Naxçıvan"la qarşılaşacaqsınız. Şanslarınızı necə dəyərləndirirsiniz?

- Azərbaycan futzalının siması olan "Araz Naxçıvan"la finalda qarşılaşmaq fəxrdir və artıq bizim üçün böyük uğur sayıla bilər. Hər şeyə real yanaşırıq və anlayırıq ki, qələbə şansımız çox deyil. Ancaq biz həmişə meydançaya qələbə üçün çıxmışıq və bu dəfə də qalib gəlməyə çalışacağıq.

- PFL komandası hazırda I Liqanın lideridir və elitaya çıxmağa əsas namizəddir. Çempionluq şanslarınız barədə nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, çempionatın formatı dəyişib və bir dövrədən ibarətdir. Sonda ilk dörd yeri tutacaq komandalar pley-offda mübarizə aparacaqlar. Bu səbəbdən düşünürəm ki, çempionluqdan danışmaq hələ tezdir.

- Yüksək Liqanın şərtləri fərqlidir, daha güclü rəqiblər olacaq...

- Elitada oynamaq üçün peşəkar komanda olmalı, peşəkar məşqlər keçməliyik. Yanaşma başqa olmalıdır. Biz isə həvəskar komandayıq. Hərəmiz fərqli bir işdə çalışırıq. Bu səbəbdən Yüksək Liqada çıxış etmək haqda düşünməmişik.

- I Liqanın durumu, rəqiblərin səviyyəsi haqqında nə deyə bilərsiniz?

- Düşünürəm ki, I Liqanın oyunları çox maraqlı keçir. Təşkilatçılıq baxımdan da səviyyə hər kəsi razı salır. Əlbəttə, gələcəkdə daha çox komandanın iştirak etməsini istərdim. Komandaların səviyyəsi demək olar eyni olduğundan matçlar da maraqlı keçir.

- Yüksək Liqada da gərgin mübarizə gedir. Hansı komandanın çempion olacağını düşünürsünüz?

- Doğru qeyd edirsiz ki, Yüksək Liqada çox gərgin mübarizə gedir. Üç komanda demək olar bərabər gücdədirlər. Hər birinə uğurlar arzu edirəm.

- Azərbaycan futzal millisinin Avropa çempionatının əsas mərhələsindəki çıxışı ilə bağlı fikirləriniz də maraqlıdır. Vitali Borisovun rəhbərlik etdiyi komanda növbəti mərhələyə vəsiqə qazana bilər?

- Əfsuslar olsun ki, 3 oyundan sonra 2 xalımız var. Xorvatiyaya səfərdə məğlub olduq, evdə isə Yunanıstan və İsveç ilə bərabərə qaldıq. Düşünürəm ki, komandamız indi keçid dövrünü yaşayır. Millinin formalaşması üçün zaman lazımdır. Növbəti mərhələyə adlamaq şansımızın qaldığını düşünürəm. 10 qrupda ikinci olacaq ən yaxşı 8 komanda pley-offda qarşılaşacaq və növbəti mərhələyə 4 yığma vəsiqə qazanacaq. Amma bunun üçün biz həm Yunanıstanı, həm də İsveçi məğlub etməliyik. Eyni zamanda, çalışmalıyıq ki, evdə Xorvatiya ilə heç olmasa, bərabərə qalaq. Fürsətdən istifadə edərək komandamıza uğurlar arzu edirəm. Biz onlara inanırıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Dünən, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Dünən, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Dünən, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Dünən, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Oxşar xəbərlər