top
PFL-in yeni himni hazırlanıb İdman.biz
30 iyul 2024, 11:41
- ↺ +

PFL-in yeni himni hazırlanıb

Peşəkar Futbol Liqasının yeni himni hazırlanıb.

İdman.biz xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Himnin sözləri Cavid Şahbazbəyova, musiqisi İsa Məlikova aiddir. Milyonlarla ürəyə yol tapmış futbolu, ona sevgini özündə ehtiva edən himndə azarkeşlərin hiss və həyəcanı, futbolda azarkeş-oyunçu vəhdəti kimi ideyalar ifadə olunub.

Himnin bəstəkarı İsa Məlikov təəssüratlarını açıqlayıb: "PFL-in himnini yazmaq kimi məsuliyyətli bir işin mənə həvalə olunmasına sevindim və fəxr etdim. Belə etimada görə PFL rəhbərliyinə və onun bütün komandasına təşəkkür edirəm. Bu layihə üzərində işləmək həqiqətən gözəl idi. Əminəm ki, bu himnin sədaları altında futbolçularımız parlaq qələbələr nümayiş etdirəcəklər".

Himnin sözlərinin müəllifi Cavid Şahbazbəyov futbol azarkeşi olmasının ona əlavə ruh verdiyini, yeni əsərinin yeni uğurlara çağırış olacağına ümidini ifadə edib:
"Himndə vermək istədiyim əsas ideya futbolun azarkeşlər üçün oynanılmağı, bu səbəbdən də oyunçu və fanatların matç ərzində nəbzinin bir vurmağıdır. Əsas istək azarkeşlərin tribunada komandasını dəstəkləməsi, futbolçuların isə meydançada qələbə üçün can qoymasıdır. İnanıram ki, Azərbaycan futboluna maraq artmağa davam edəcək, insanlarımız asudə vaxtlarını stadionda keçirəcək. Bu layihədə iştirakla bağlı təklif alanda çox sevindim, çünki futbolu sevirəm. Uşaqlıqdan futbolla məşğul olmuşam, oynamışam, azarkeşi olmuşam. Buna görə də futbol azarkeşləri, camiəsi üçün bu sevgini şeiriyyata tökmək çox həyəcanverici, eyni zamanda məsuliyyətli vəzifə idi. Layihəni şair kimi yaradıcılığıma böyük bir çağırış olaraq gördüyüm üçün çox böyük məmnuniyyətlə təklifi qəbul etdim.
Bir azarkeş, futbolu sevən şəxs, Azərbaycan vətəndaşı olaraq çox xoşbəxtəm ki, bu işdə az da olsa mənim də əziyyətim var. Himni hər dəfə stadionda eşitmək mənim üçün qürurverici, eyni zamanda ikiqat bayram olacaq".

Birgə vurur nəbz meydanda
Milyon ürək, bax, döyünür bir anda
Çağırışdır bu hisslər
Qəlbdə var istək
Bizə səs ver,
Nəfəs ver
Ürəklə sən oyna.
Bizə səs ver,
Nəfəs ver
Ürəklə sən oyna.
Toxun zamana
Səndə fərqli hiss-həyacan
İnan qəlbdə var bütün Azərbaycan
Zaman kimi qüdrətli
Tufan kimi sürətli
Bizə səs ver,
Nəfəs ver
Ürəklə sən oyna.
Bizə səs ver,
Nəfəs ver
Ürəklə sən oyna,
Toxun zamana.

Qeyd edək ki, himn stadionların infrastrukturuna əsasən futbolçuların meydançaya çıxma məsafəsindən asılı olaraq 3 ölçüdə tərtib olunub.

1) https://youtu.be/cMpFdwP07rI

2) https://youtu.be/JeuCA3MT1xc

3) https://youtu.be/_6ImDeK-D6M

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Futbol
Bu gün, 16:38

Romelu Lukaku yaralanma səbəbindən Türkiyə ilə oynanacaq UEFA Liqası matçında iştirak etməyəcək

Digər
Bu gün, 16:38

Anar Bayramov: Azərbaycan deflimpiyaçıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər

Futbol
Bu gün, 16:33

PSJ Borussia qapıçısı Qregor Kobeli transfer etmək istəyir

Cüdo
Bu gün, 16:12

Fərid Qayıbov eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatının açılışında çıxış etdi

Futbol
Bu gün, 16:00

Cahangir Həsənzadə: “Lixtenşteynlə 3 xal qazanmaq üçün hazırıq”

Digər
Bu gün, 15:59

Hokkeyçi Ceykob Çikranın sərt zərbəsi nəticəsində Kazins buz meydançasından çıxıla bilmədi

Futbol
Bu gün, 15:57

Azərbaycan U-19 millisi Monteneqroya qarşı 7:2 məğlubiyyət yaşadı

Gimnastika
Bu gün, 15:53

Gəncə Olimpiya İdman Kompleksində bədii gimnastika Açıq region birinciliyi 20‑21 Noyabrda keçiriləcək

Futbol
Bu gün, 15:32

Mbappe məşqə qatıla bilmədi, Zidanla münasibətləri gərgin

Futbol
Bu gün, 15:30

Aral Şimşir zədələnmə səbəbindən Türkiyə milli komandası heyətindən çıxarılıb

Futbol
Bu gün, 15:28

Qəbələ yeni sınaq matçı üçün tarixi təyin etdi

Basketbol
Bu gün, 15:20

Trabzonspor baş məşqçisi Sabahda məğlubiyyətdən sonra azad edildi

Voleybol
Bu gün, 15:12

Ordu voleybolu Avropada Debüt Edir: Norveçin Forde Klubuna Qarşı İlk Çempionat

Futbol
Bu gün, 15:11

Lamin Yamal küçədə gənclərə hədiyyə verdi

Futbol
Bu gün, 15:00

Kevin De Bruyne, Everton marağında: İngiltere'ye geri dönə bilər

Basketbol
Bu gün, 14:56

ABF idman direktoru: Sabahın Trabzonspor üzərində qələbəsi xüsusi əhəmiyyətə malikdir

Futbol
Bu gün, 14:49

Barselona Lisandro Martinesini transfer etmək planlaşdırır

Futbol
Bu gün, 14:31

Safonovun PSG-dəki maaşı aliment mübahisəsinə yol açdı

Basketbol
Bu gün, 14:24

ABF FIBA-yə qarşı CAS iddiasını açıqladı

Futbol
Bu gün, 14:20

Dirk Kuyt Fənərbağçadan ayrıldı

Futbol
Bu gün, 14:00

Röyal Nəcəfov: Xankəndiyə geri dönüş tarixdir

Futbol
Bu gün, 13:54

Lamin Yamal Avropanın TOP-5 liqasında dribbling rekordunu qaldırdı

Oxşar xəbərlər