top
PFL-dən Ayxan Abbasovun Quba stadionu ilə bağlı fikirlərinə cavab Idman.biz
23 fevral 2026, 17:50
- ↺ +

PFL-dən Ayxan Abbasovun "Quba" stadionu ilə bağlı fikirlərinə cavab

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov ötən gün Misli Premyer Liqasının 21-ci turunda "İmişli" ilə 0:0-lıq heç-heçə etdikləri matçda Quba Olimpiya Kompleksinin stadionu barədə səsləndirdiyi fikirlərlə gündəmə gəlmişdi. Mütəxəssis bildirmişdi ki, arenanın qapıları normadan 11 sm hündürdür. O, müdaxiləsindən sonra bunun aradan qaldırıldığını da sözlərinə əlavə etmişdi.

Məsələ ilə bağlı Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev İdman.Biz-ə açıqlamasında deyib:

"Oyunların təşkili məsələlərində əsas şəxslərdən biri AFFA nümayəndələridir. Bu şəxslər öz müəyyən etdikləri, bir çox hallarda isə klublar tərəfindən edilən müraciətlər, şikayətlər əsasında oyunun təşkilinə mane ola biləcək çatışmazlıqların aradan qaldırılması yönündə çalışır. Bu barədə PFL-ə məlumat verilir, ardından isə məsləhətlər əsasında işlər yoluna qoyulur. Bu dəfə də eyni hal yaşanıb. Quba Olimpiya Kompleksinin stadionunda qapıların ölçüsündə hər hansı problem olmayıb. Sadəcə meydança təbii örtüklü olduğundan dünyanın hər bir yerində tez-tez rast gəldiyimiz qapıçıların dayandığı nöqtədə kiçik çöküntü yaşanıb. Bu barədə "Şamaxı" klubundan AFFA nümayəndəsinə xəbər verilib.

Yoxlamadan sonra 7-8 sm çöküntü olduğu aşkarlanıb və dərhal da yoluna qoyulub. Ayxan müəllimin bildirdiyi kimi qapının standartları ilə bağlı "qlobal" bir hal yaşanmayıb. Burada şişirdiləcək bir şey olmayıb. Təbii örtüklü meydançalarda tez-tez yaşanan hadisədir".

PFL rəsmisi qeyd edib ki, bunun mətbaut konfransında danışılmasını etik saymırlar: "Ümumiyyətlə, bu tip halların klublar tərəfindən AFFA nümayəndəsinə bildirilməsində qəbahət bir şey yoxdur. Məsələn, oyunöncəsi iclasda iştirak edən rəqib komandanın nümayəndəsi isti suda problem yaşandığını bildirməsə, AFFA nümayəndəsi onu necə bilə bilər. Və ya təcili tibbi yardım, elektron tablo və s. problemlər barədə klubların nümayəndəni məlumatlandırması və problemin aradan qaldırılması standart bir prosedurdur. Məsələn, fevralın 5-də Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində Şamaxıda baş tutmalı olan matç öncəsi güclü qar yağışı başlamışdı. Qarın təmizlənməsi yalnız klubun ümidinə qalsaydı, oyun baş tutmayacaqdı.

Ancaq bu barədə klubdan məlumat veriləndən sonra AFFA və PFL-in birlikdə səyləri ilə ora sırf bu işlər üçün nəzərdə tutulmuş qartəmizləyən maşın göndərildi, oyunun vaxtında 20 dəqiqəlik gecikmə imkanı yaradıldı və s. Nəticə də oyun keçirildi. İndi Qubada belə bir halın yaşanması təbii ki, çatışmazlıqdır və çatışmazlığın aradan qaldırıması da normal haldır. Amma bunun mətbuat konfransında səsləndirilməsini etik saymırıq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Oxşar xəbərlər