top
PFL Azərbaycan Kubokunun finalını çempionatın son turlarından əvvəl keçirmək istəyir Report.az
09 iyul 2025, 16:44
- ↺ +

PFL Azərbaycan Kubokunun finalını çempionatın son turlarından əvvəl keçirmək istəyir

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Kubokunun final matçını çempionatın sonuncu turlarından əvvəl keçirməyi qarşısına məqsəd qoyub.

Bunu "Report"a PFL-in Media və marketinq direktoru Sənan Abdullayev deyib.

O, bununla bağlı planlar cızdıqlarını söyləyib:

"Azərbaycan Kubokunun qalibinin Premyer Liqanın çempionundan daha tez müəyyənləşdirilməsi, başqa sözlə, final matçının erkən keçirilməsi barədə son mövsümdə də düşünmüşdük. Müəyyən məqamları təhlil etdikdən sonra bunu təxirə saldıq. Növbəti mövsümdən bununla bağlı müəyyən fikirlərimiz var, üzərində çalışırıq. Yəni, biz Azərbaycan Kubokunun final oyununu çempionatın sonuncu turlarından əvvəl keçirməyi qarşımıza məqsəd qoymuşuq və bununla bağlı planlar cızırıq. Sadəcə, o zaman komandalar 3 gündən bir oynamağa hazır olmalıdır".

PFL rəsmisi Avropanın bir çox ölkələrində kubokda mübarizənin çempionatdan əvvəl bitdiyini və final qarşılaşmasının da həftəiçinə təsadüf etdiyini vurğulayıb:

"Biz yalnız finalçıları deyil, digər 10 komandanı da düşünməliyik. Oyun və istirahət balansları digər komandaların qrafikində də nəzərə alınmalıdır. Sadəcə, həmin ərəfədə finalçılar sıx qrafikdə oynayacaqlar ki, bu da normaldır. Böyük ehtimalla, növbəti mövsüm kubokun final qarşılaşması sonuncu turlardan əvvəl keçiriləcək. Həmçinin mövsümdən sonra futbolçuların da, komandaların da istirahət etmələrini, millinin düşərgələrinə çağırılan oyunçuların, daha sonra avrokubok oyunlarına gedəcək komandaların təlim-məşq toplanışlarını da nəzərə almaq lazımdır".

S.Abdullayev 12 komandalı və üç dövrəli Premyer Liqada yaranacaq fasilələrdən də danışıb:

"Fasilə ilə bağlı daha detallı iyulun 18-də püşkatma mərasimində məlumat veriləcək. Ümumilikdə isə çempionatın qismən gec - avqustun 15-də başlaması artıq hazırlıq və ya istirahət imkanının çox olması deməkdir. Qış fasiləsində də klubların az da olsa, daha çox istirahət və ya hazırlıq imkanı olacaq".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü iyulun 18-də atılacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:25

Barselona – Atletiko və Real Sociedad – Real Madrid matçlarının vaxtı dəyişdiriləcək

Futbol
Bu gün, 20:11

Bavariya"nın baş məşqçisinin vəziyyəti sabitdir, hələ diaqnoz yoxdur

Voleybol
Bu gün, 19:58

DH Volley avrokubokda ilk oyununu oynayacaq

Futbol
Bu gün, 19:51

Premyer Liqada Turnun Ən Yaxşı Futbolçusu Namizədləri Açıqlanıb

Minifutbol
Bu gün, 19:38

“Araz‑Naxçıvan”ın baş məşqçisi: “Polşada hazırlıq tamdır, bütün oyunlarda qələbə hədəfimizdir”

Boks
Bu gün, 19:33

Mayk Tayson serial çəkilişləri üçün İstanbulda görülüb

Futbol
Bu gün, 19:31

Bavariya futbolçuları Londonda Qızıl Top mükafatına qatıldı

Futbol
Bu gün, 19:28

İnter, Kyezanı Liverpooldan transfer etmək üçün danışıqlara başladı

Futbol
Bu gün, 19:22

Real Madrid prezidenti Florentino Peres Qızıl Top təqdimatına qatılmayacaq

Futbol
Bu gün, 19:07

«Real» və «Barselona» 12 «Qızıl top»la ilk yeri bölüşür: İtaliya və Almaniya klubları ilk beşliyi tamamlayır

Futbol
Bu gün, 19:06

Vaqif Sadıqov: Bakıdakı U-15 Dünya Çempionatı gənc futbolçularımız üçün Avropaya açılan qapıdır

Futbol
Bu gün, 18:57

Maqat 2026 Qızıl Top üçün üç seçimi açıqladı

Güləş
Bu gün, 18:49

Azərbaycan güləş komandası Estoniyada beynəlxalq turnirdə birinci oldu

Futbol
Bu gün, 18:44

Samuel Eto və Lassana Diarra U-15 Dünya Çempionatı üçün Bakıdadır

Futbol
Bu gün, 18:36

Xavi Espart Real Madrid qarşısında ağır zədə aldı – yeddi həftə istirahət

Futbol
Bu gün, 18:29

"Napoli"nin yarımmüdafiəçi Zambo Angissa Türkiyəyə keçə bilər

Boks
Bu gün, 18:10

Boksçu Mayk Tayson Türkiyənin 'Tuzlu Kahve' serialında qonaq aktyor kimi çıxacaq

Futbol
Bu gün, 18:00

Kəpəz klubunun rəsmi fan-şopu “1959 Store” açıldı

Qarabağ FK
Bu gün, 17:45

Bruno Lanqa: ‘Sabah’la Əldə Edilən Xalın Dəyərini Yüksək Sayırıq

Cüdo
Bu gün, 17:41

Abşeron OİK-də U-17 ne-vaza üzrə ACF Kuboku yekunlaşıb

Futbol
Bu gün, 17:40

"Qayrat"ın baş məşqçisi Rafael Urazbaxtin çempionluq şansını itirdikdən sonra vəzifədən istefa verib

Minifutbol
Bu gün, 17:38

«Araz-Naxçıvan»ın prezidenti: «Komandamız Avropada futzalın bir markasıdır və Çempionlar Liqasında qalib gəlməyi hədəfə götürürük»

Cüdo
Bu gün, 17:33

Azərbaycan cüdo millisi Əbu-Dabidə keçiriləcək Böyük Dəbilqə turnirində 11 idmançı ilə səhnədə olacaq

Futbol
Bu gün, 17:31

Arsenal, Hull City-nin əlcəzairli oyunçusu Beşir Belluminin transferini diqqətli şəkildə izləyir

Oxşar xəbərlər