"Çelsi"nin keçmiş qapıçısı Petr Çex həyat yoldaşı Martina ilə 26 illik münasibətdən sonra ayrıldığını bildirib.
Lent.az xəbər verir ki, onlar 1999-cu ildə tanış olublar. Dörd il sonra – 2003-cü ildə isə evləniblər.
Cütlüyün iki övladı var — 17 yaşlı qızları Adela və 16 yaşlı oğulları Damian.
"Biz Martina ilə kədərlə bildiririk ki, 26 illik birgə həyatdan sonra ayrılırıq. Biz ən yaxşı dost olaraq qalırıq və iki möhtəşəm övladımızla çox qürur duyuruq" — Çex sosial şəbəkədə yazıb.
Qapıçı əvvəllər "Xmel", "Sparta", "Renn", "Çelsi" və "Arsenal" komandalarında çıxış edib.