"Komo"nun qapıçısı Pepe Reyna karyerasının son matçında maraqlı hadisə ilə üzləşib.
İdman.biz xəbər verir ki, ispaniyalı qapıçı "İnter"lə oyunda qırmızı vərəqə alıb.
42 yaşlı qolkiper İtaliya A Seriyasının 38-ci turundan əvvəl karyerasının son matçını keçirəcəyini açıqlamışdı. Amma Reyna vida oyununun 45-ci dəqiqəsində qırmızı vərəqə alaraq, qeyri-adi şəkildə karyerasını nöqtələyib.
Qeyd edək ki, Pepe karyerası ərzində "Vilyarreal", "Liverpul", "Bavariya", "Napoli", "Milan", "Aston Villa" və "Latsio" kimi klubların şərəfini qoruyub.
İdman.biz