İspaniyalı baş məşqçi Pep Qvardiola İngiltərənin "Mançester Siti" futbol klubu ilə müqaviləni yeniləyib.
İdman.biz "The New York Times" istinadən xəbər verir ki, o, daha 1 il komandanın "sükanı arxası"nda olacaq.
Bildirilir ki, müqavilənin rəsmiləşməsi bu günlərdə açıqlanacaq.
Qeyd edək ki, 53 yaşlı Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırır. Onun rəhbərliyi altında komanda 6 dəfə İngiltərə çempionu olub, 2 dəfə ölkə kubokunu, 4 dəfə Liqa Kubokunu, 3 dəfə İngiltərə Superkubokunu qazanıb.
İdman.biz