"Mançester Siti" rəhbərliyi qeyri-qənaətbəxş nəticələrə görə ispaniyalı baş məşqçi Pep Qvardiola ilə yollarını ayırmağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "E-notices" portalı məlumat yayıb.
"Şəhərlilər"in rəhbrəliyi artıq yeni baş məşqçi axtarışlarına başlayıb. Yazılanlara inansaq, İngiltərə klubunun rəsmiləri "Barselona" və İspaniya millisinin sabiq futbolçusu Sesk Fabreqasın namizədliyi üzərində dayanıblar.
Hazırda Fabreqas İtaliya təmsilçisi "Komo"nun "sükanı arxasınadadır". Portal bildirir ki, yayda "Mançester Siti" ispan məşqçini İngiltərəyə gətirmək üçün əlindən gələni edəcək.
Qeyd edək ki ki, İngiltərə klubu hazırda Premyer Liqanın turnir cədvəlində 5-ci yerdədir.