İngiltərənin "Mançester Siti" klubunun gənc müdafiəçi Niko O"Rayli baş məşqçi Pep Qvardiolanın böyük tərifini qazanıb.
İdman.Biz xəbər verir ki, Qvardiola O"Raylinin sürətini, futbol zəkasını və çalışqanlığını xüsusi vurğulayaraq onun İngiltərə yığmasının sol cinah müdafiəçisi kimi artıq ciddi dəyər qazandığını deyib. Məşqçi gənc oyunçunun səhvlər etdiyini, amma daim cəhd göstərdiyini bildirərək bunu "top səviyyə" adlandırıb.
Qvardiola həmçinin "Real Madrid"in braziliyalı hücumçu Rodriqo barədə də yüksək fikir səsləndirib:
"Oyundan sonar ona yaxınlaşdım və necə də yaxşı oyunçu olduğunu dedim. O, həqiqətən inanılmazdır".