top
Pedro Bikalyonun Qarabağdakı adaptasiyası, ÇL şansları və Qurban Qurbanov haqqında fikirləri Idman.biz
17 iyul 2025, 12:32
- ↺ +

Pedro Bikalyonun "Qarabağ"dakı adaptasiyası, ÇL şansları və Qurban Qurbanov haqqında fikirləri

"Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyonun Futbolinfo.az saytına müsahibəsi

– "Qarabağ"ın bu yay heyətinə qatdığı yeni transferlərdən birisiniz. Adaptasiya prosesiniz necə keçir? Kollektivə və komandanın oyun üslubuna tam uyğunlaşmağınız üçün sizə nə qədər vaxt lazım olacaq?

– Adaptasiya prosesi çox pozitiv keçir. Həm futbolçular, həm də məşqçilər – ümumilikdə klub məni çox yaxşı qarşıladı. Təbii ki, hər adaptasiya müddət tələb edir, xüsusilə də komandanın bütün taktiki detallarını başa düşmək üçün. Amma inanıram ki, doğru yoldayam. Məşqdən-məşqə, oyundan-oyuna özümü daha rahat hiss edirəm. Düşünürəm ki, çox qısa zamanda tam uyğunlaşacağam.

– Avstriya toplanışında keçirdiyiniz 4 yoxlama oyunundan 3-də məğlub oldunuz. Düzdür, yoxlama matçlarında nəticə önəm daşımır. İstənilən halda, bu nəticələr sizdə narahatlıq yaradırmı?

– Xeyr, bu məni narahat etmir. Bilirik ki, yoxlama oyunları əsasən taktiki quruluşları yoxlamaq, oyunçuların bir-birinə uyğunlaşmasını artırmaq və oyun ritmini bərpa etmək üçündür. Əlbəttə, qalib gəlmək istərdik, amma əsas məqsəd rəsmi oyunlara tam hazır olmaqdır. Biz də bu istiqamətdə çalışırıq və inkişaf edəcəyimizə əminik.

– "Qarabağ" Çempionlar Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən start verəcək. Növbəti mərhələyə adlamaq şansınızı necə dəyərləndirirsiniz?

– Mən komandamıza çox inanıram. Bilirik ki, Çempionlar Liqasının oyunları rəqibdən asılı olmayaraq, hər zaman çətindir. Amma "Qarabağ" bu turnirdə təcrübəsi və ənənəsi olan bir klubdur. Fəaliyyət və konsentrasiya ilə biz növbəti mərhələyə keçmək üçün bütün şanslara malikik.

– Ötən mövsüm Avropa Liqasının Liqa mərhələsinə qədər irəliləmiş və həmin mərhələdə sonuncu olmuş "Qarabağ" bu mövsüm avrokuboklarda daha yaxşı nəticəyə imza ata biləcək?

– Bəli, buna inanıram. Klub hər beynəlxalq təcrübədən dərs çıxarır. Bu mövsüm heyət daha güclüdür və komanda daha da yetkinləşib. Bu da bizə daha stabil və rəqabətədavamlı çıxış etməyə imkan verəcək. Məqsədimiz həm "Qarabağ"ı, həm də Azərbaycan futbolunu Avropada layiqincə təmsil etməkdir.

– Baş məşqçi Qurban Qurbanov haqda ilkin təəssüratınız necədir? O, buvaxtadək çalışdığınız məşqçilərdən nə ilə fərqlənir?

– Çox ağıllı məşqçidir, klubu yaxşı tanıyır və aydın taktiki baxışa malikdir. İntizamı, yüksək tempdə oyunu və təşkilatçılığı sevir. Məni ən çox təəccübləndirən odur ki, həm fərdi, həm də kollektiv şəkildə oyunçulardan maksimumu ala bilir. Çox hörmət edilən bir liderdir və mən ondan çox şey öyrənirəm.

– "Qarabağ"da buvaxtadək xeyli sayda braziliyalı futbolçu çıxış edib və etməkdədir. Sizcə, Qurban Qurbanovun "sambaçılar"a üstünlük verməsinin səbəbi nədir?

– Düşünürəm ki, bu, braziliyalı oyunçuların tez uyğunlaşması, texniki baxımdan keyfiyyətli olması və rəqabətçi ruhu ilə bağlıdır. Baş məşqçi bu xüsusiyyətləri oyun fəlsəfəsinə uyğun şəkildə istifadə etməyi bacarır. Eyni zamanda, klubun mühiti bu uyğunlaşmanı daha da asanlaşdırır.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:49

Kəpəz’in növbəti iki ev oyunu üçün biletlər satışa çıxarıldı

Futbol
Bu gün, 14:38

Bakıda U-15 DÇ-də Kolumbiya 11:0, Benin 10:0 hesablı qətiyyətlə qalib gəldi

Futbol
Bu gün, 14:30

Manchester United, Liverpool və Arsenal Bayern yarımmüdafiəçisinə baxır

Futbol
Bu gün, 14:25

Azərbaycanlı futbolçu İmanverdiyev Mursiyada üçüncü liqada oynayacaq

Futbol
Bu gün, 14:21

Barselona Balden gedərsə, Yuventusun müdafiəçisi Kambyazo ilə maraqlanır;

Futbol
Bu gün, 14:13

Kompaninin yoxluğunda Denks "Bavariya"nın "Frayburq"la oynaq əvvəlki oyun planını açıqladı

Futbol
Bu gün, 14:00

Markus Babbel: Ballon d’Or dünyadakı ən böyük sirk tamaşasıdır

Futbol
Bu gün, 13:50

U-15 Dünya Kuboku: Azərbaycan millisi Andorraya 1-0 qalib gəldi

Boks
Bu gün, 13:37

Azərbaycanın iki gənc boksçusu Budvada keçirilən dünya çempionatının yarımfinalına çıxır

Boks
Bu gün, 13:28

Daniel Dübua vs Tayson Fyuri döyüşü üçün favori kim?

Futbol
Bu gün, 13:19

Neymar qırmızı kartla meydandan atıldı və bunu irqçilik kimi tanıdı;

Futbol
Bu gün, 13:15

Lineker və Şirer: Fabre Manchester United təklifini geri çəkməli

Futbol
Bu gün, 12:57

Neymar bir gündə qırmızı kart və siyasi video ilə gündəmə gəldi

Futbol
Bu gün, 12:46

Rosio Eskandell: Lamin Yamalın uğuru Rokafonda ilham yaradır

Basketbol
Bu gün, 12:40

ABL 4-cü tur: Neftçi – Gəncə, LANDAU Lions – Sumqayıt

Digər
Bu gün, 12:29

Selcan Babayeva Avropa çempionatında qızıl medalla qalib gəldi

Futbol
Bu gün, 12:13

Mançester Yunayted "Mançester Siti"nin sol cinah müdafiəçisini icarəyə götürmək istəyir

Futbol
Bu gün, 11:51

FIFA U-15 Dünya Çempionatı çərçivəsində Bakıda Kanaki‑Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası

Futbol
Bu gün, 11:15

Xviça Kvaratsxeliya İngilis klublarının təklifini rədd edib PSG-yə qoşuldu

Qarabağ FK
Bu gün, 11:13

6‑0 qalibiyyətdə altı qolun hamısını iki akademiya təmin edib: Ulduz FA‑nın üç qol, Sabah‑ın iki qol və bir dubl

Futbol
Bu gün, 11:02

Karlton Koul İndoneziyada derbiyə tankla getməsinin səbəbini açıqladı

Digər
Bu gün, 10:53

Volkanovski UFC 333-də Evloyevi nokautla məğlub edərək titulunu qorudu

Qarabağ FK
Bu gün, 10:39

“Sabah” və “Qarabağ” qarşılaşmasında Avropa təcribəsi ilə milli fokus: Kim qalib gələcək?

Futbol
Bu gün, 10:30

Neymar: Ən yaxşı dövrüm PSJ-də

Oxşar xəbərlər