"Barselona" klubunun yarımmüdafiəçisi Pedri zədə səbəbindən bir ay yaşıl meydanlardan uzaq qalacaq.
İdman.Biz xəbər verir ki, katalon klubu futbolçunun bud əzələsindən zədə aldığını rəsmi şəkildə təsdiqləyib.
Tibbi müayinələrdən sonra Pedrinin təxminən dörd həftəlik bərpa dövrünə ehtiyac duyduğu bildirilib.
Bu zədə səbəbindən ispan yarımmüdafiəçi qarşıdakı vacib matçda - Çempionlar Liqası çərçivəsində "Kopenhagen"lə oyunda komandasına kömək edə bilməyəcək.