top
Payız əfsanəsi və ya Ayaksın Bakı qastrolu İdman.biz
24 oktyabr 2024, 15:27
- ↺ +

Payız əfsanəsi və ya "Ayaks"ın Bakı qastrolu

"Qarabağ" bu gün futbol tarixinin ən əfsanəvi komandalarından biri ilə qarşılaşacaq. Kubokları, akademiyası və bir nömrəli oyunun inkişafında inqilab etməsi ilə məşhur olan "Ayaks" Bakıya gəlib. Amsterdamlıların böyük qələbələri keçmişdə qalsa da, onların zəngin ənənələri şübhə doğurmur. Buna görə də UEFA Avropa Liqası 3-cü turunun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu xüsusilə maraq doğurur.

İdman.biz xəbər verir ki, ağdamlılar çoxsaylı avrokubok mövsümləri zamanı, sözsüz ki, bir çox tanınmış rəqiblərlə - "İnter", "Roma", "Marsel", "Tottenhem"lə qarşılaşıblar. Amma dünya futbolunun qızıl fondunu təşkil edən klublar var. Bəli, bəlkə də indi onların işləri yaxşı getmir, amma onlarla qarşılaşmanın xüsusi statusu mövcuddur. "Ayaks" da məhz belə komandadır, axı yaşlı azarkeşlər Amsterdam komandasının 1970-ci illərdə Çempionlar kubokunda ardıcıl üç qələbəsini, daha sonra isə 1995-ci ildə Vyana finalında əvəzetmədən meydana daxil olan 18 yaşlı Patrik Klüyvertin qolu ilə "Milan"ı məğlub edərək (1:0) Avropa arenasında qazanılan növbəti uğuru yaxşı xatırlayırlar. Növbəti il də Amsterdam klubu yenidən finala yüksəlib, amma orada penaltilər seriyasında "Yuventus"a uduzub.

Bəli, Niderlandın aparıcı klubu hazırda nəticə baxımından çətin günlər yaşayır, lakin onun çıxışı həmişə dünyanın hər yerindən azarkeşləri özünə cəlb edib. Bu ənənə, şübhəsiz, davam edir. Hazırkı heyətdə də, Vaut Veqhorst və Cordan Henderson da daxil olmaqla, parlaq adlar var. Amma heyətdə kimin oynamasından asılı olmayaraq, "Ayaks"ın DNT-sinə hopmuş hücum futbolu oynamağa çalışacağı şübhə doğurmur.

Ona görə də Qurban Qurbanovun belə bir klubun Bakıya gəlişinin Azərbaycan futbolu üçün müsbət məqam olduğunu vurğulamasını başa düşmək olar. Görüşün nəticəsindən asılı olmayaraq. Təbii ki, belə rəqibə qarşı ən yaxşı futbolunu göstərmək, hətta xal qazanmaq istəyirsən. Üstəlik, bu, "Tottenhem" və "Malmö"yə məğlubiyyətlərdən sonra qələbə sütununda hələ də sıfır yazılan Azərbaycan çempionu üçün son dərəcə vacibdir. Amsterdamlılar Avropa Liqasına "Beşiktaş" üzərində böyük hesablı qələbə (4:0) və sonra "Slaviya"dan da xal alaraq (1:1) başlayıblar.

"Qarabağ" üçün imkanları qola çevirmək hələ də aktualdır və çox güman ki, "Ayaks" kimi komanda ilə oyunda meydan sahiblərinin şansları olacaq. Onlardan istifadə etmək və müdafiədə dəqiq oynamağa çalışmaq vacib olacaq, çünki komandanın avrokuboklardakı son çıxışları həyəcan doğurur. Və "Ayaks" bu mənada ciddi imtahançı olacaq.

Zəki Feyzullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 14:54

Real Madrid Iker Kasilyasın oğullarını akademiyadan çıxardı

Futbol
Bu gün, 14:34

Zirə vs Qəbələ maçı: 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş aksiya

Digər
Bu gün, 14:27

UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib;

Futbol
Bu gün, 14:19

“Kristal Palas”ın baş məşqçisinin işdən çıxması gözlənilir

Futbol
Bu gün, 14:00

“Sabah” klubunun rəhbəri Ramin Həsənov “TransferRoom” mükafatının “İlin rəhbəri” namizədləri arasında!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Formula 1
Bu gün, 13:33

Liam Louson Racing Bulls müqaviləsini uzatacaq və Braziliya Grand Prix-də 8-ci mövqeyə nail oldu

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Oxşar xəbərlər