top
Pavol Şafranko: “Komandanın bu vəziyyətdən çıxması üçün kifayət qədər təcrübəsi var” Sport24.az
23 avqust 2024, 12:00
- ↺ +

Pavol Şafranko: “Komandanın bu vəziyyətdən çıxması üçün kifayət qədər təcrübəsi var”

"Sabah"ın bu yay heyətinə qatdığı Pavol Şafranko Sport24.az-a müsahibə verib. 29 yaşlı sloveniyalı hücumçu həm Konfrans Liqsında üzləşdikləri uğursuzluğa toxunub, həm də Azərbaycan Premyer Liqası barədə danışıb.



- Konfrans Liqasında uğurlu çıxış etməyinizə nə mane oldu?
- Hər iki oyunda qırmızı vərəqə aldıq. Avrokubok matçlarında da azlıqda qalırsansa, yaxşı nəticə əldə etmək çox çətin olur. Rəqib bizi yaxşı təhlil etmişdi. İrlandlar hər iki oyunda yaxşı mübarizə apardılar və nəticədə növbəti mərhələ çıxdılar. Ümid edirəm, növbəti mövsümdə də avrokuboklarda çıxış edəcəyik. Və bu yay topladımız təcrübə işimizə yarayacaq, daha uzağa getməyimizə yardımçı olacaq.

 

- Konfrans Liqasında uğursuzluq psixoloji cəhətdən komndaya təsir etdi?
- Bu futboldur. Burda müsbət nəticələrlə yanaşı, uğursuzluqda var. Fikrimcə, komandanın bu vəziyyətdən çıxması üçün kifayət qədər təcrübəsi var.

 

- "Sent Patriks"ə məğlubiyyətdən sonra "Neftçi"ni məğlub etdiz. Oyuna hansı motivasiya ilə çıxmışdız?
- "Sent Patriks" məğlubiyyətindən sonra komandanın hər bir üzvü "Neftçi" ilə oyuna maksimum köklənmişdi. Hər bir futbolçu meydanda var qüvvəsi ilə mübarizə apardı. Bunun da nəticəsində layiq olduğumuz qələbəni qazandıq. Bu matçda qalib gəldiyimiz üçün çox şadam.


- "Sabah"a və Azərbaycan Premyer Liqasına tam uyğunlaşmısan?
- Komandamız qələbələri sıraladıqca, bu suala daha ətraflı cavab verəcəm (gülür).

 

- Kollektivdə ən çox hansı futbolçu ilə yaxınsan?
- Hamı ilə yaxşı münasibətim var. Komandaya gəldiyim ilk gündən Amin Seydiyevdən çox xoş, mehriban münasibət görmüşəm. Onunla yanaşı, Con İrasabal, Anatoli Nuriyev, Coy-Lens Mikelslə də gözəl münasibətin var. Komandada ən çox ünsiyyətdə olduğum oyunçular isə Boyan Letiç, Neqoş Kupusoviç və İvan Lepinitsadır. Boyan və Neqoş Slovakiyada oynayıblar. Ümumi götürdükdə, "Sabah"da çox yaxşı kollektiv formalaşıb, hamı bir-biri ilə xoş münasibət saxlayır.  

 

- Premyer Liqada hədəfiniz nə olacaq?
- Hər oyun daha da yaxşı olmaq üçün üzərimizdə çox çalışmalıyıq. Oyundan oyuna həm fərdi şəkildə, həm də komanda olaraq artırmalıyıq ki, sonda hədəflərimizə çata bilək.

 

- Bakı və Azərbaycanla bağlı ilkin təəssüratın necədi?
- Zəngin mədəniyyətə malik ölkədir. Paytaxtınız da çox gözəldir. Təəssüf ki, Bakını ətraflı tanımaq üçün o qədər də vaxtım olmayıb.


ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:37

İraq, İranın futbol komandasına təyinat sənədi üçün təyyarə enişinə icazə vermədi

Digər
Bu gün, 19:32

Tofiq Musayev: Zəfər Gününü qürurla qeyd edirik

Futbol
Bu gün, 19:29

"Bode-Glimt"ə evində Mançester Siti, İnter, Sporting və Bormuniya məğlub olub (Çempionlar Liqası)

Futbol
Bu gün, 19:28

Marafon və Dinamo qələbə qazandı

Digər
Bu gün, 19:22

Avstraliyada Kotton Kubokunda atdan yıxılan 22 yaşlı jokey İzzi Nil vəfat edib

Futbol
Bu gün, 19:08

Kukurelya: İngiltərənin Premier Liqası daha açıq və gözlənilməzdir

Digər
Bu gün, 19:03

İgidlər Göygöldə keçirilən intellektual yarışda birinci oldu

Futbol
Bu gün, 19:01

Oleq Baklov "King’s Cup 2026" turnirində Tacikistan millisinə dəvət olundu

Cüdo
Bu gün, 18:56

EJU vaxt uzatmağa görə cəza tətbiqini izah etdi

Futbol
Bu gün, 18:45

Van Deyk Liverpulda qalma və yeni klubda davam etmə ehtimallarından narahat olmadığını bildirib

Futbol
Bu gün, 18:38

Lorenzo Mezzoteronun topuğunda burxulma şübası yarandığı açıqlanıb

Futbol
Bu gün, 18:29

“Barselona” Conatay Ta-nı transfer etmək istəyir

Basketbol
Bu gün, 18:25

Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir başlanğıc göstərərək seçilmiş üçlüyə daxil oldu

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:16

Emin Abbasov yeni müşavir təyin edildi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Oxşar xəbərlər