2003-cü il "Qızıl top"un sahibi Pavel Nedved Çexiya millisinin baş meneceri kimi təqdim edilib.
İdman.biz xəbər verir ki, 52 yaşlı mütəxəssis ölkənin əsas komandası ilə yanaşı U-21 yığmasında da eyni səlahiyyətləri icra edəcək.
"Yuventus"un və Çexiya millisinin sabiq futbolçusu bu vəzifəyə Çexiya Futbol Federasiyasının İcraiyyə Komitəsinin yekdil qərarı ilə təyin edilib.
Nedved son olaraq Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubunda idman direktoru kimi çalışıb.
İdman.biz