"Arsenal"ın sabiq yarımmüdafiəçisi Patrik Vieyra İtaliya təmsilçisi "Cenoa"nın baş məşqçisi olacaq. Sport24.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrizio Romano sosial şəbəkə hesabında paylaşıb.
Fransalı mütəxəssis bu postda italiyalı məşqçi Alberto Cilardinyonu əvəz edəcək. Artıq tərəflər arasında razılıq əldə olunub və Vieyra bu həftə "Cenoa"da işə başlayacaq.
Qeyd edək ki, 48 yaşlı məşqçinin son iş yeri "Strasburq" olub. "Cenoa" isə İtaliya A Seriyasında 10 xalla 17-ci yerdədir.