top
Patrik Andrade: Yunanıstan komandası ilə oyunda Azərbaycanın adına uğur qazandıq Report.az
01 avqust 2025, 14:27
- ↺ +

Patrik Andrade: Yunanıstan komandası ilə oyunda Azərbaycanın adına uğur qazandıq

Dünənki oyunda Azərbaycanın adına uğur qazandıq.

"Report" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Patrik Andrade UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Aris"lə (Yunanıstan) cavab oyunundan sonra deyib.

Klubun mətbuat xidmətinə danışan yarımmüdafiəçi oyunun çətin keçdiyini söyləyib:

"Yaxşı, maraqlı oyun alındı. Bizim üçün xüsusilə birinci hissə çox uğurlu keçdi. Azarkeşlərin təzyiqinə rəğmən, ardıcıl 2 qol vurduq və fasiləyə qədər bu üstünlüyümüzü qoruduq. Xarakter göstərdik, Azərbaycan adına, komandamız adına uğur qazandıq. Düzdür, yekunda meydandan heç-heçə ilə ayrıldıq. Ancaq biz lazım olan nəticəni təmin etdik".

O, İqor Ribeyronun qırmızı vərəqə aldığı epizodu şərh edib:

"Qırmızı vərəqə epizoduna gəldikdə, İqor komandamız üçün vacib oyunçudur. Əlbəttə, belə futbolçunun meydanda olmaması, üstəlik azlıqda qalmağımız hiss olunmalı idi. Artıq hər şey arxada qaldı və bu epizoda görə çox düşünmək lazım deyil. Hamımız xoşbəxtik, sevinirik, çünki bizə bu xoşbəxtliyi yaşadan nəticəni qazanmışıq. İndi yaxşı dincəlmək, bərpa olunmaq lazımdı".

32 yaşlı oyunçu III təsnifat mərhələsində qarşılaşacaqları "Omoniya" (Kipr) barəsində də fikirlərini bildirib:

"Növbəti rəqibimiz "Omoniya" zəif komanda deyil. Onlara qarşı oynamışam. Əlbəttə, məşqçilərimiz bu rəqibi də analiz edib bizə lazım olan məlumatı verəcəklər. İndi isə "Aris"lə oyunda qazanılan uğurun sevincini yaşamaq lazımdır".

Qeyd edək ki, "Araz-Naxçıvan" ötən gün səfərdə "Aris"lə 2:2 hesablı heç-heçəyə razılaşaraq növbəti raunda adlayıb. Tərəflər arasında Bakıda keçirilən görüşdə Azərbaycan təmsilçisi 2:1 hesablı qələbə qazanmışdı.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:42

Ronaldonun şəxsi təyyarəsi Kopenhagenə endi - Portuqaliya millisi ilə yolları ayırdı

Voleybol
Dünən, 23:54

Azərbaycan U‑20 qadın voleybol komandası Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək

Futbol
Dünən, 23:51

Real Madrid Aleks Skottla transferini araşdırır

Basketbol
Dünən, 23:25

LANDAU Lions baş məşqçisi Erhan Toker məğlubiyyətin müdafiə problemləri və zədələr səbəbilə olduğunu açıqladı

Futbol
Dünən, 20:12

Azərbaycan futbol millisi Lixtenşteyn qarşısında oyun öncəsi açıq məşqini Tofiq Bəhramov stadionunda keçirib - VİDEO

Futbol
Dünən, 19:49

Ayxan Abbasov: Lixtenşteyn qarşısında qalib gəlmək üçün azarkeş dəstəyi vacibdir

Futbol
Dünən, 17:30

“Turan Tovuz” – “İmişli” futbol matçının yeri Yevlax stadionuna dəyişdirildi

Futbol
Dünən, 16:28

Lixtenşteyn millisinin futbolçusu: “Bakıda yaxşı nəticə qazanmaq istəyirik”

Futbol
Dünən, 14:07

Məqsəd İsayev Kapazdan ayrıldı, Gəncəbasara keçidi gözlənilir

Digər
Dünən, 12:07

Mingəçevir Reqatası-2026-nın ikinci günündə Azərbaycan üç medal qazandı

Minifutbol
Dünən, 11:20

Fərrux Hüseynzadə Kazakhstan – Belarus futsal oyununda UEFA nümayəndəsi təyin olundu

Qarabağ FK
Dünən, 11:07

“Qarabağ”ın zədəli futbolçularının geri dönüş tarixləri açıqlanıb – Klubdan İDMAN.BİZ‑ə açıqlama

Futbol
Dünən, 10:52

Zirə futbolçuları milli komandalarında qələbələrə töhfə verib;

Futbol
Dünən, 10:40

U-21 komandamız Şotlandiya ilə üz-üzə çıxacaq

Basketbol
Dünən, 10:07

“Sabah” basketbol komandası ABL mövsümünü “LANDAU Lions”la açır

Basketbol
Dünən, 09:38

“Neftçi” basketbol komandası Estoniyada Parnu ilə üz-üzə gələcək

Futbol
Dünən, 07:19

Joau Feliks 2026 “Qızıl top”u Lamin Yamala verəcəyini açıqladı

Futbol
Dünən, 06:13

“Roma” Dibala və Molinanı Messi vida oyununa dəvət etmədi

Futbol
Dünən, 04:17

“Atletiko Madrid”də milli komandaların məcburiyyətləri səbəbindən heyət çatışmazlığı

Futbol
Dünən, 00:57

Skaloni Messi çıxışından sonra Argentina milli komandası oyun tərzini açıqladı

Futbol
29 sentyabr 2026, 23:29

Rikardo Martins Qimaraeş Afrika Millətlər Kubokunun seçmə mərhələsində Sudan qarşısında qol vurdu

Futbol
29 sentyabr 2026, 22:25

"Zirə"nin yarımmüdafiəçisi Mozambik millisi ilə Sudanı 4-1 məğlub etdi və qol vurdu

Futbol
29 sentyabr 2026, 21:01

Tomas Müller Vancouver Whitecaps ilə müqaviləsini 2027-ci ilin sonuna qədər uzadı

Futbol
29 sentyabr 2026, 19:49

Rafinya Avstraliya ilə oyunda zədələndi, Ançelotti açıqlama vermədi

Oxşar xəbərlər