top
Patrik Andrade: Qarabağdan ayrılmaq, Araz-Naxçıvana keçid və karyera xatirələri Idman.biz
01 iyul 2025, 13:00
- ↺ +

Patrik Andrade: "Qarabağ"dan ayrılmaq, "Araz-Naxçıvan"a keçid və karyera xatirələri

"Araz-Naxçıvan"ın yeni transferi Patrik Andradenin Teleqraf-a müsahibəsi

- Karyeranızı "Qarabağ"da davam etdirməməyinizin səbəbi nə idi?

- Belə alındı. Təbii ki, uzun müddət qaldığın bir yerdən ayrılmaq hər zaman çətindir. Futbol belədir, bütün futbolçular bunu anlayırlar.

- Necə oldu ki, "Araz-Naxçıvan"ın təklifi sizi cəlb etdi: Bu addımı atarkən risk etdiyinizi düşündünüzmü?

- "Qarabağ"da komanda yoldaşım olmuş Qara Qarayevlə danışdım. O, mənə klubun necə işlədiyini, oradakı insanların və baş məşqçi Elmar Baxşıyevin necə biri olduğunu danışdı. Bu da qərar verməyimdə təsirli oldu. Risk etməsəydim, nəticənin necə olacağını heç vaxt bilməzdim. Düşünürəm ki, düzgün qərar verdim.

- Siz 2022-ci ildə də "köhlən atlar"dan ayrılıb, bir il sonra geri dönmüşdünüz. Hər iki ayrılığınızı müqayisə etdikdə hansı daha çətin oldu? Klub dəyişməyinizin, bəzi futbolçularda olduğu kimi, sizə qarşı da azarkeşlərdə inamsızlıq yaradacağını düşünürsünüz?

- Birinci ayrılığım daha çətin olmuşdu. Elə düşünmürəm. Azarkeşlər başa düşür ki, bu, futboldur. Əlbəttə, uzun müddət özünü xoşbəxt hiss etdiyin yerdən ayrılmaq asan deyil. Nə etmək olar? Həyat belədir.

- "Qarabağ"da UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası təcrübəniz var. "Araz-Naxçıvan"la Konfrans Liqasına yollanmağın sizin üçün nə kimi fərqliliyi var?

- Mənim üçün heç nə dəyişmir. Çünki Konfrans Liqasında da oynamışam. Orada da yaxşı futbolçular və böyük komandalar var. Buna görə düşünmürəm ki, bu, mənim üçün bir çətinlikdir. Hazirkı komanda yoldaşlarımla addım-addım bir-birimizi tanımağa başlayırıq.

- Yeni komandanızda "Qarabağ"la müqayisədə hansı fərqlər var?

- Hər şey fərqlidir. "Araz-Naxçıvan"da komanda yoldaşlarım, yeni iş tərzi başqa formadadır. Futbol da elə bu cürdür.

- Karyeranızın "Qarabağ"dakı dönəmini necə qiymətləndirirsiniz?

- Karyeramın bu səviyyəyə çatmasında oynadığım hər bir klubun özünəməxsus rolu olub. Bəziləri müsbət yönü ilə, bəziləri mənfi yönü ilə yadda qalır. "Qarabağ" dönəmim isə müsbət oldu. Orada xoşbəxt idim və yeni komandamda da xoşbəxt olmağa davam edəcəyəm. Heç vaxt düşünməzdim ki, Çempionlar Liqasında oynayaram. Amma Allah mənə turnirin təsnifat və pley-off mərhələlərində oynamaq fürsəti verdi. Buna görə minnətdaram.

- "Qarabağ"dakı ən yaddaqalan oyununuz və unudulmaz qolunuz hansı olub?

- 2020/2021 mövsümündə UEFA Avropa Liqasına vəsiqə qazandığımız Polşa "Legiya"sına qarşı səfər oyununda 3:0 hesabı ilə qalib gəldik, mən isə bir qol və bir məhsuldar ötürmə müəllifi oldum. O matçı heç vaxt unutmayacağam. Ümumilikdə bu oyun xatirəmdə tamamilə fərqli qalıb.

- "Qarabağ"da gerçəkləşdirə bilmədiyiniz arzularınız, klubun yeni müqavilə təklif etməməsindən məyusluğunuz oldumu?

- Orada bütün xəyallarımı gerçəkləşdirdim. Heç bir peşmanlıq və ya inciklik yoxdur. Dediyim kimi, bu, futboldur. Həm futbolçu, həm də insan kimi orada böyüdüm. Kuboklar qazandım, bu, ən önəmli şeydir. Xoşbəxt idim və xoşbəxt olmağa davam edəcəyəm.

- Karyeranızda buraxdığınız hansı səhvə görə hələ də peşmansınız?

- Heç nə üçün peşman deyiləm. Orada yalnız gözəl xatirələrim var. Bu, daha önəmlidir.

- Haqqınızda xarici klublardan təkliflər aldığınızla bağlı məlumatlar yayıldı, hətta siyahıda "Neftçi" də vardı. Nə üçün məhz "Araz-Naxçıvan"?

- Bəli, bəzi komandalar mənimlə əlaqə saxlayıb. Amma konkret adlarını demirəm. Mən Azərbaycana alışmışam, burada hər şeyi bilirəm. Yaxşı dostlarım var, şəhəri sevirəm və buna görə burada qalmağa qərar verdim. Yuxarıda qeyd etdiyim kimi, "Araz-Naxçıvan"ın təklifi məni cəlb etdi və buraya gəldim.

- Keçmiş klubunuz "Partizan" İdman Arbitraj Məhkəməsinə sizinlə bağlı şikayət edib. Klub sizə borclu olduğu üçün transfer qadağası ilə üzləşib. "Partizan"ın şikayətinə cavab verəcəksiniz, yoxsa razılaşma yoluna gedəcəksiniz?

- Onlar haqqında danışmıram. Ona görə də üzürlü sayın, bu suala cavab verməyəcəyəm.

- Bir futbolçu kimi "Araz-Naxçıvan"dakı əsas məqsədləriniz nələrdir və "Aris" qarşısında şanslarınızı necə dəyərləndirirsiniz?

- Yaxşı mövsüm keçirmək istəyirik. Sadəcə, özümüzə fokuslanmışıq. Onlara qarşı yaxşı oyun sərgiləmək üçün 23 günümüz var.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:47

London Meri Harri Keynin “Qızıl Top” mükafatını tarixi hadisə adlandırdı

Güləş
Bu gün, 20:33

Nihat Məmmədli: Dünya çempionatında gümüş medalla kifayətlənmədim, daha rahat güləşib qalib gələ bilərdim

Futbol
Bu gün, 20:07

Pol Skoulz Manchester United üçün ən uyğun baş məşqçi namizədi Antonio Konte olduğunu bildirir

Futbol
Bu gün, 19:50

Rəhim Həsənov: Cavid Cəlilovun Penaltı Qərarı Yanlışdır

Futbol
Bu gün, 19:45

PSJ: Xviça Kvaratsxeli sağ dizindən uğurla əməliyyat edilib

Cüdo
Bu gün, 19:32

Bakıda 20 yaşa qədər cüdoçular arasında şəhər birinciliyi keçirilib

Futbol
Bu gün, 19:28

Arsen Venger Bakıda AFFA təşkilatçılığı ilə ümumiyyətlə məşqçilər üçün master-klassda iştirak edib

Digər
Bu gün, 19:27

Fərid Ələkbərov: ‘5:4’ Qələbə, Daha Yaxşı Oynadıq

Qarabağ FK
Bu gün, 19:25

“Qarabağ”ın 1/8 final rəqibi “Sumqayıt” oldu

Futbol
Bu gün, 19:20

Arda Turan Ukraynada qolunu itirən əsgərə qucaqlama və forma hədiyyəsi ilə unudulmaz jest göstərdi

Futbol
Bu gün, 18:59

Aleksey Batrakov qışda "Qalatasaray"ı tərk edə bilər

Futbol
Bu gün, 18:52

PSJ-nin ardıcıl Çempionlar Liqası uğurlarının əsas səbəbi: Luis Kamposun transfer strategiyası

Futbol
Bu gün, 18:43

Karrager: Keyn Tottenhamdansa, Qızıl Topu qazana bilməzdi

Futbol
Bu gün, 18:28

Mbappe La Liqa'dan üzr istədi

Futbol
Bu gün, 18:13

Mançester Siti - Brayton matçında Donnarumma əvəzinə Rulli qapıya çəkiləcək

Futbol
Bu gün, 18:09

Harri Kejn "Fial Ball" mükafatını qazanaraq tarixə düşdü

Futbol
Bu gün, 18:07

Araz‑Naxçıvanın məşqçisi Zaur İsmayılov: Rəqib kimindən asılı olmayaraq qələbə üçün mübarizə apardıq

Cüdo
Bu gün, 18:02

Azərbaycan U-23 Avropa Judo Çempionatı üçün 8 idmançı Neapolda yarışacaq

Digər
Bu gün, 18:00

Böyük futbol klublarının minifutbola qatılması çətindir

Futbol
Bu gün, 17:40

Çin şirkətləri Mbappé ilə reklam əməkdaşlığını video sonrası dayandırdı

Digər
Bu gün, 17:20

Avropada ilk sınaq: “DH Volley” təcrübəli “Holte”nin öhdəsindən gələ biləcəkmi? - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 17:20

Avropa Liqası: "Renn" – "Olimpiakos" oyununun vaxtı dəyişdirilə bilər

Digər
Bu gün, 17:00

Füzuli Məmmədov: “Heyətlə bağlı qərar verməmişəm”

Digər
Bu gün, 16:55

MOİK-in baş məşqçisi: “Zədəlilərin sayı çoxdur”

Oxşar xəbərlər