top
Patrik Andrade: Heç nə üçün peşman deyiləm Idman.biz
03 iyul 2025, 01:32
- ↺ +

Patrik Andrade: "Heç nə üçün peşman deyiləm"

"Qarabağ"dan ayrılan Kobo-Verde millisinin futbolçusu Patrik Andrade bir neçə gün əvvəl "Araz-Naxçıvan"la 1+1 illik müqavilə imzalayıb.

İdman.biz xəbər verir ki, Teleqraf.az-a müsahibəsində 32 yaşlı yarımmüdafiəçi seçimi ilə bağlı sualları cavablandırıb.

- Karyeranızı "Qarabağ"da davam etdirməməyinizin səbəbi nə idi?

- Belə alındı. Təbii ki, uzun müddət qaldığın bir yerdən ayrılmaq hər zaman çətindir. Futbol belədir, bütün futbolçular bunu anlayırlar.

- Necə oldu ki, "Araz-Naxçıvan"ın təklifi sizi cəlb etdi: Bu addımı atarkən risk etdiyinizi düşündünüzmü?

- "Qarabağ"da komanda yoldaşım olmuş Qara Qarayevlə danışdım. O, mənə klubun necə işlədiyini, oradakı insanların və baş məşqçi Elmar Baxşıyevin necə biri olduğunu danışdı. Bu da qərar verməyimdə təsirli oldu. Risk etməsəydim, nəticənin necə olacağını heç vaxt bilməzdim. Düşünürəm ki, düzgün qərar verdim.

- Siz 2022-ci ildə də "köhlən atlar"dan ayrılıb, bir il sonra geri dönmüşdünüz. Hər iki ayrılığınızı müqayisə etdikdə hansı daha çətin oldu? Klub dəyişməyinizin, bəzi futbolçularda olduğu kimi, sizə qarşı da azarkeşlərdə inamsızlıq yaradacağını düşünürsünüz?

- Birinci ayrılığım daha çətin olmuşdu. Elə düşünmürəm. Azarkeşlər başa düşür ki, bu, futboldur. Əlbəttə, uzun müddət özünü xoşbəxt hiss etdiyin yerdən ayrılmaq asan deyil. Nə etmək olar? Həyat belədir.

- "Qarabağ"da UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası təcrübəniz var. "Araz-Naxçıvan"la Konfrans Liqasına yollanmağın sizin üçün nə kimi fərqliliyi var?

- Mənim üçün heç nə dəyişmir. Çünki Konfrans Liqasında da oynamışam. Orada da yaxşı futbolçular və böyük komandalar var. Buna görə düşünmürəm ki, bu, mənim üçün bir çətinlikdir. Hazırkı komanda yoldaşlarımla addım-addım bir-birimizi tanımağa başlayırıq.

- Yeni komandanızda "Qarabağ"la müqayisədə hansı fərqlər var?

- Hər şey fərqlidir. "Araz-Naxçıvan"da komanda yoldaşlarım, yeni iş tərzi başqa formadadır. Futbol da elə bu cürdür.

- Karyeranızın "Qarabağ"dakı dönəmini necə qiymətləndirirsiniz?

- Karyeramın bu səviyyəyə çatmasında oynadığım hər bir klubun özünəməxsus rolu olub. Bəziləri müsbət yönü ilə, bəziləri mənfi yönü ilə yadda qalır. "Qarabağ" dönəmim isə müsbət oldu. Orada xoşbəxt idim və yeni komandamda da xoşbəxt olmağa davam edəcəyəm. Heç vaxt düşünməzdim ki, Çempionlar Liqasında oynayaram. Amma Allah mənə turnirin təsnifat və pley-off mərhələlərində oynamaq fürsəti verdi. Buna görə minnətdaram.

- "Qarabağ"dakı ən yaddaqalan oyununuz və unudulmaz qolunuz hansı olub?

- 2020/2021 mövsümündə UEFA Avropa Liqasına vəsiqə qazandığımız Polşa "Legiya"sına qarşı səfər oyununda 3:0 hesabı ilə qalib gəldik, mən isə bir qol və bir məhsuldar ötürmə müəllifi oldum. O matçı heç vaxt unutmayacağam. Ümumilikdə bu oyun xatirəmdə tamamilə fərqli qalıb.

- "Qarabağ"da gerçəkləşdirə bilmədiyiniz arzularınız, klubun yeni müqavilə təklif etməməsindən məyusluğunuz oldumu?

- Orada bütün xəyallarımı gerçəkləşdirdim. Heç bir peşmanlıq və ya inciklik yoxdur. Dediyim kimi, bu, futboldur. Həm futbolçu, həm də insan kimi orada böyüdüm. Kuboklar qazandım, bu, ən önəmli şeydir. Xoşbəxt idim və xoşbəxt olmağa davam edəcəyəm.

- Karyeranızda buraxdığınız hansı səhvə görə hələ də peşmansınız?

- Heç nə üçün peşman deyiləm. Orada yalnız gözəl xatirələrim var. Bu, daha önəmlidir.

- Haqqınızda xarici klublardan təkliflər aldığınızla bağlı məlumatlar yayıldı, hətta siyahıda "Neftçi" də vardı. Nə üçün məhz "Araz-Naxçıvan"?

- Bəli, bəzi komandalar mənimlə əlaqə saxlayıb. Amma konkret adlarını demirəm. Mən Azərbaycana alışmışam, burada hər şeyi bilirəm. Yaxşı dostlarım var, şəhəri sevirəm və buna görə burada qalmağa qərar verdim. Yuxarıda qeyd etdiyim kimi, "Araz-Naxçıvan"ın təklifi məni cəlb etdi və buraya gəldim.

- Keçmiş klubunuz "Partizan" İdman Arbitraj Məhkəməsinə sizinlə bağlı şikayət edib. Klub sizə borclu olduğu üçün transfer qadağası ilə üzləşib. "Partizan"ın şikayətinə cavab verəcəksiniz, yoxsa razılaşma yoluna gedəcəksiniz?

- Onlar haqqında danışmıram. Ona görə də üzürlü sayın, bu suala cavab verməyəcəyəm.

- Bir futbolçu kimi "Araz-Naxçıvan"dakı əsas məqsədləriniz nələrdir və "Aris" qarşısında şanslarınızı necə dəyərləndirirsiniz?

- Yaxşı mövsüm keçirmək istəyirik. Sadəcə, özümüzə fokuslanmışıq. Onlara qarşı yaxşı oyun sərgiləmək üçün 23 günümüz var.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Dünən, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Dünən, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Dünən, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Dünən, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Oxşar xəbərlər