İtaliya A Seriyası mövsümünün 11-ci turunun "Parma" və "Milan" arasında oyunu başa çatıb. Komandalar Parmadakı "Ennio Tardini" stadionunda oynayıblar.
İdman.Biz bildirir ki, oyun 2-2 hesablı heç-heçə ilə başa çatıb.
12-ci dəqiqədə belçikalı Aleksis Salemakers "Milan"ı irəli çıxarıb. 25-ci dəqiqədə hücumçu Rafael Leao penaltidən komandasının üstünlüyünü ikiqat artırıb. 45+1-ci dəqiqədə "Parma"nın yarımmüdafiəçisi Adrian Bernabe hesab arasındakı fərqi azaldıb. 62-ci dəqiqədə müdafiəçi Enriko Del Prato hesabı bərabərləşdirib.
"Milan" 22 xalla turnir cədvəlində ikinci yerə yüksəlib. Birinci yerdəki "Napoli"nin də eyni sayda xalı var. 11 oyundan səkkiz xal toplayan "Parma" 17-ci yerdədir.