İtaliya çempionatının 27-ci turunun ilk oyununda "Parma" "Kalyari" ilə 1:1 hesablı heç-heçə edib.
İdman.Biz-in məlumatına görə, matç bərabər mübarizə şəraitində keçib.
63-cü dəqiqədə Maykl Folorunşo "Kalyari"ni irəli çıxarıb. Meydan sahibləri 20 dəqiqə sonra hesabı bərabərləşdirməyi bacarıblar. Qaetano Oristanio yekun hesabı 1:1 edib.
Bu heç-heçədən sonra "Parma" turnir cədvəlində 11-ci, "Kalyari" isə 13-cü yerdədir.