top
Parlakdan sonra parlamayan futbolumuz - 0:31 İdman.biz
18 noyabr 2024, 14:37
- ↺ +

Parlakdan sonra parlamayan futbolumuz - 0:31

Futbolumuz qol həsrətindən qurtula bilmir.

İdman.biz xəbər verir ki, 2024-cü ilin payızında qələbə qazana bilməyən Azərbaycan yığmaları qol vurmaqda da çətinlik çəkir.

Millilərimiz son 8 rəsmi matçda rəqib qapısına yol tapa bilməyib. Əsas yığma Millətlər Liqasında, qadın komandamız Avropa çempionatının pley-off, digərləri seçmə mərhələsində çıxış edib. Hədəfi itirən komandalarımızın son qolu oktyabrın 25-də vurulub.

Həmin gün qadın millimiz Portuqaliyaya 1:4 hesabı ilə məğlub olub. Yeganə qolumuza 58-ci dəqiqədə Nazlıcan Parlak imza atıb.

Amma Parlakın qolundan sonrakı günlər heç də parlaq alınmayıb. "Liv Bona Dea"dakı görüşdən sonra 5 fərqli yığmamız meydana çıxsa da, ümumilikdə 8 görüşdə fərqlənə bilməyib.

Nazlıcanın 58-ci dəqiqədə hesab 0:3 olanda fərqləndiyini nəzərə alsaq, komandalarımız ümumilikdə 752 dəqiqədir qol axtarışındadır. Bu müddətdə rəqiblər nə az, nə çox – 31 qol vurub. Bunlardan biri Portuqaliya ilə görüşün son 32 dəqiqəsinə, digərləri son 8 matça təsadüf edib.

Bu oyunlarda kişi və qadınlardan ibarət əsas millilərimiz hərəyə bir, U-19, həm oğlan, həm qızların U-17-si hərəyə iki qarşılaşmaya çıxıb. 8 qarşılaşmada bir heç-heçə və 7 məğlubiyyət yaşanıb ki, yenilgilərdən 6-sı darmadağınla olub.

29 oktyabr. Qadınlar. Portuqaliya – Azərbaycan – 4:0
30 oktyabr. U-17 (qızlar). Serbiya – Azərbaycan – 10:0
2 noyabr. U-17 (qızlar). Azərbaycan – Lüksemburq – 0:3
13 noyabr. U-19. Azərbaycan – İslandiya – 0:2
13 noyabr. U-17. Macarıstan – Azərbaycan – 4:0
16 noyabr. U-19. İrlandiya – Azərbaycan – 4:0
16 noyabr. U-17. Yunanıstan – Azərbaycan – 3:0
16 noyabr. Əsas milli. Azərbaycan – Estoniya – 0:0

Qeyd edək ki, sabah üç yığmamız növbəti oyununa çıxacaq. Əsas milli İsveç, U-19 Moldova, U-17 Rumıniya ilə üz-üzə gələcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Oxşar xəbərlər