Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında sonuncu görüşünə çıxıb. Sport24.az xəbər verir ki, 130 kq. çəki dərəcəsində yarışan Şəriəti bürünc medal uğrunda mübarizədə iranı Amin Mirzəzadəyə məğlub olub.
Mirzəzadə ikiqat Asiya (2020, 2023) və bir dəfə dünya çempionudur (2023).
Şəriəti isə Olimpiya Oyunlarının (2016) bürünc mükafatçısıdır, O, Avropa çempionatında isə (2023) gümüş medal qazanıb.