2026-cı ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində keçiriləcək Paraqvay – Argentina oyununda fanatlara qonaq komandanın oyunçusu Lionel Messi ilə bağlı qadağa qoyulub. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Belə ki, görüşə Lionel Messinin formasını geyinən azarkeşlər buraxılmayacaq. Argentinalı hücumçunun həm yığma, həm də "Barselona" və "İnter Mayami" formalarını geyinən fanatlar oyuna tribunadan baxa bilməyəcək.
Matç noyabrın 15-də keçiriləcək.