top
Paralimpiya çempionu Kəpəzin məşqində İdman.biz
16 oktyabr 2024, 16:03
- ↺ +

Paralimpiya çempionu "Kəpəz"in məşqində

Paris-2024 Yay Paralimpiya Oyunlarının qalibi, parataekvondoçu İmaməddin Xəlilov "Kəpəz"in məşqini izləyib.

İdman.biz xəbər verir ki, Gəncə idman məktəbinin yetirməsi klub rəhbərliyi, məşqçilər korpusu və futbolçularla görüşüb.

Klubun icraçı direktoru Cabir İbrahimov paralimpiyaçılarımızın öz çıxışları, əzmkar mübarizələri ilə hamıya nümunə olduqlarını bildirib. Dövlət tərəfindən göstərilən diqqət nəticəsində idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri uğurların sayının ildən-ilə artdığını, xalqımızın qazanılan qələbələrlə qürur duyduğunu qeyd edib.

Komandanın baş məşqçisi Azər Bağırov paralimpiyaçılarımızın daim dördilliyin ən böyük yarışında uğurlar qazanaraq Azərbaycan bayrağını yüksəklərdə dalğalandırdıqlarını deyib. Onların Parisdə də Azərbaycanı layiqincə təmsil etmək üçün böyük səy göstərdiklərini əlavə edib.

İmaməddin Xəlilov xoş sözlərə və səmimi qarşılanmaya görə kollektivə təşəkkür edib, uşaqlıqdan "Kəpəz" azarkeşi olduğunu deyib. Komandanın çıxışına toxunan paralimpiya çempionu tarixi derbidə "Neftçi" üzərində qələbənin futbolçulara böyük motivasiya verəcəyinə inandığını söyləyib. "Həyat mübarizədir, ruhdan düşmək olmaz", deyən Xəlilov onu da vurğulayıb ki, idmanla məşğul olduğu 7 il ərzində böyük uğur qazana bilməyib. Amma əzmkarlığı sayəsində indi qarşısına qoyduğu bütün hədəflərə çatıb.

Görüşün sonunda İmaməddin Xəlilova komandanın forması hədiyyə olunub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:48

İlham Yadullayev: Litva qarşısındakı matçdan öncə qələbə milli komandamız üçün vacibdir

Boks
Bu gün, 14:40

Azərbaycan boks millisi Avropada yeni 5 medal rekordunu qırdı

Futbol
Bu gün, 11:24

Premyer Liqa milli komandalar üçün 225 oyunçu göndərərək TOP‑5‑də birinci yerdədir

Şahmat
Bu gün, 11:24

Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan kişiləri Hindistan, qadınları isə Argentina ilə qarşılaşır

Futbol
Bu gün, 11:09

“Qəbələ” futbol klubu Karvan‑Yevlax və Yaponiyanın U‑20 millisi ilə test matçları keçirəcək

Futbol
Bu gün, 11:00

Edqar Adilxanovun milli komandada debut hekayəsi: “Gözləmirdim, xəbərim yox idi”

Futbol
Bu gün, 10:54

“Turan Tovuz”da idarə heyəti dəyişir, büdcə 15 mln-dən 25 mln-ə artırılacaq

Şahmat
Bu gün, 10:32

Azərbaycan şahmat milli komandalarının Hindistan və Argentinaya qarşı 8-ci tur heyətləri açıqladı

Futbol
Bu gün, 06:37

Cristiano Ronaldo tənqidçilərə cavab verib: “İndi bütün güllərdən yayınacam”

Futbol
Bu gün, 00:13

Lionel Messi Paulo Dybala’yı Argentina millisinin vida oyununa dəvət etdi

Futbol
Dünən, 22:37

İqor Angelovski: Azərbaycan millisinin performansından daha yaxşı oyun gözləyirdim

Basketbol
Dünən, 22:32

Neftçi baş məşqçisi Vasiliadis Parnu üzərindəki 80:67 qələbəni şərh etdi

Futbol
Dünən, 22:09

Azərbaycan millisi Tacikistana qarşı minimal qələbə qazandı

Futbol
Dünən, 20:27

Beşiktaş Mert Kömürü transfer etmək istəyir

Minifutbol
Dünən, 18:39

“Aznur” Çempionlar Liqasının ilk matçını məğlubiyyətlə tamamladı

Basketbol
Dünən, 18:29

“Sumqayıt” basketbol klubu Rustam Əliyevi transfer etdi

Futbol
Dünən, 17:02

Araz-Naxçıvanın yeni baş məşqçisi: “Məqsədimiz üst sıralara qalxmaqdır”

Qarabağ FK
Dünən, 16:34

U-20 millimizin Qəbələdəki ikinci mərhələli təlim toplanışı üçün heyət açıqlanıb

Futbol
Dünən, 16:23

“Araz‑Naxçıvan” futbol klubu Yuri Maksimovu yeni baş məşqçi kimi təyin etdi

Futbol
Dünən, 14:43

Azər Bağırov: Milli komandaya çağırılan oyunçular formda

Voleybol
Dünən, 10:33

Misirli voleybolçu Abouelsoud Elsayed Emam “Murov Az Terminal”a transfer olundu

Basketbol
Dünən, 10:12

Neftçi basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsində Estoniyanın “Parnu” komandasına qarşı çıxacaq

Digər
Dünən, 06:27

Usman Nurməhəmmədov qardaşının nokautlu məğlubiyyətini və gələcək planlarını açıqladı

Futbol
Dünən, 05:13

‘Juventus’ azarkeşlərinin sükuta riayət etməməsi üçün cərimələndi

Oxşar xəbərlər