top
Palsson: Bakıda Azərbaycanla oyun tamamilə fərqli olacaq Idman.biz
12 noyabr 2025, 14:38
- ↺ +

Palsson: Bakıda Azərbaycanla oyun tamamilə fərqli olacaq

İslandiya millisinin müdafiəçisi Viktor Palsson 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçiriləcək oyun ərəfəsi gözləntilərini bölüşüb.

İdman.Biz xəbər verir ki, futbolçu Fotbolti.net portalına müsahibəsində komandasının Reykyavikdə baş tutan ilk qarşılaşma ilə müqayisədə bu dəfə tamamilə fərqli oyuna hazır olduğunu bildirib.

Qeyd edək ki, həmin görüşdə ilk qolu birinci hissənin sonunda məhz Palsson vurmuşdu. Görüş isə Azərbaycan millisinin 0:5 hesablı məğlubiyyəti ilə başa çatmışdı.

"Qarşıdakı oyun mənə çox maraqlı gəlir. Bu, birinci matç kimi olmayacaq: biz onların meydanındayıq və rəqibin yeni baş məşqçisi var", - V. Palssonun söyləyib.

O, səfər matçının çətin olmasına baxmayaraq, islandiyalıların yalnız qələbə üçün oynayacağını vurğulayıb:

"Biz nə özümüzə həddindən artıq güvənirik, nə də keçmiş nəticələrə baxırıq. Sadəcə bu oyunu qazanmaq niyyətindəyik və bunu gizlətmirik. Eyni zamanda düşünməməliyik ki, bura gəldik və hər şey asan olacaq", - deyə V. Palsson bildirib.

Müdafiəçi Arnar Qunnlauqssonun rəhbərliyi altında komandanın irəliləyişindən məmnunluğunu da ifadə edib:

"Məncə, hər şey doğru istiqamətdə gedir. Əlbəttə, kiçik uğursuzluqlar olur, amma ümumilikdə vəziyyət yaxşıdır və biz düzgün yoldayıq. Arnar detallara çox diqqət yetirir və bu, bizə xoşdur. Oyunumuzun nə qədər müxtəlifləşdiyini görmək sevindiricidir", - V.Palsson qeyd edib.

Onun sözlərinə görə, baş məşqçi və futbolçular bir-birindən öyrənir və komandadakı ab-hava müsbət olaraq qalır:

"Ən xoş olan budur ki, bizdən istədiklərini yerinə yetirə bilirik. Biz daim öyrənirik, o da həmçinin. Deyərdim ki, bu yolda irəliləyişimiz çox müsbətdir", - futbolçu əlavə edib.

Xatırladaq ki, Azərbaycan və İslandiya yığmaları arasında oyun noyabrın 13-də, cümə axşamı günü keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:08

Arda Gülər La Liga’da qol fürsətlərində liderdir, az oyunla üstünlük qazandı

Futbol
Bu gün, 09:00

Real, Tibo Kurtua’yı Bart Verbruggen ilə əvəzləmək planlaşdırır

Futbol
Bu gün, 08:40

Kriştiano Ronaldonun oğlu Kristianinyo U-17 milli komandaya dəvət olundu

Futbol
Bu gün, 08:21

Harri Keyn “Bavariya” ilə yeni müqavilənin imzalanmasının bir neçə gün içində baş verəcəyini açıqladı

Futbol
Bu gün, 08:20

"Eştoril"in 18 yaşlı müdafiəçisi Jordan Arnolinə Barcelona, Brentford və Lille maraq göstərir

Futbol
Bu gün, 08:00

Lissabon klubu Fonseka ilə müqavilənin ləğvinə görə "Lion"a 5 milyon avro təzminat ödəyəcək

Qolf
Bu gün, 06:12

Taylandda 15 yaşlı qolfçu turnir zamanı ildırım vurar vəfat etdi

Futbol
Bu gün, 05:08

“Udineze” klubu uğursuz nəticələrdən sonra baş məşqçini Kosta Runyaiçdən Paolo Dzanettiyə dəyişdi

Futbol
Bu gün, 04:21

UEFA-ın ultimatumundan sonra FIFA sənədləri Şura üzvlərinə təqdim etməyə razılaşdı

Cüdo
Bu gün, 03:17

Dakar 2026 Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçusunun ilk qızıl medalı Bakıdadır

Futbol
Bu gün, 03:05

“Bavariya” Çempionlar Liqasında ilk səkkizlik mərhələsinə çıxmağı hədəf qoydu

Futbol
Bu gün, 02:06

Everton 1-0 yeniləndi, Nyukasl məğlub edildi

Futbol
Bu gün, 02:01

Deportivo 2:1lə Osasuna'ya qarşı qələbə qolu 87-ci dəqiqədə vuruldu

Futbol
Bu gün, 01:53

Brest səfərdə Lorientı 2:0 məğlub etdi, penaltini qaçırdı

Futbol
Bu gün, 01:31

“Sabah” Norveçin Stavanger şəhərində soyuq hava və süni otlu stadionla qarşılaşacaq

Futbol
Bu gün, 01:09

Flik Unai Emerini dünyanın ən yaxşı məşqçilərindən biri hesab etdi

Futbol
Bu gün, 00:52

Norveç mətbuatında ‘Sabah’ klubunun təqdimatı: ‘Heç kimin tanımadığı komanda’

Şahmat
Bu gün, 00:32

Məhəmməd Muradlı KazChess Masters turnirində gözləntiləri yerinə yetirə bilmədi

Futbol
Bu gün, 00:12

Tebas Real Madrid‑i İspan futboluna ciddi zərər vurmaqda ittiham edir

Futbol
Dünən, 23:42

Çelsi və Liverpul, Brentford müdafiəçisi El Hacı Malik Diufun transferi üçün maraqlıdır

Futbol
Dünən, 23:27

Fiorentina, Sassuolo qarşısında 4:2 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:24

Sumqayıt vs Şəfa: 1-1 nəticəli Premier Liq 10-cu turu video icmalı

Futbol
Dünən, 23:19

Ukraynanın Polissya klubu Aravonun Rusiya ilə yoldaşlıq məcburiyyətində iştirakını qadağan etdi

Futbol
Dünən, 23:05

"Vikinq"in baş məşqçisi Morten Yensen "Sabah"la Çempionlar Liqası matçı ərəfəsində mətbuat konfransında iştirak etməyib

Oxşar xəbərlər