 Sport24.az
                                                    Sport24.az
                                            
                    
                    Ötən gecə "Palmeyras" və "LDU Kito" arasında Libertadores Kubokunun yarımfinalının ikinci oyunu keçirilib. Sport24.az xəbər verir ki, matç Braziliya klubunun 4-0 hesablı qələbəsi ilə başa çatdı.
Qalib komandanın heyətində Rafael Veyqa dublla yadda qalıbsa, Ramon Sosa və Bruno Fuks hərəyə bir dəfə fərqlənib.
Braziliya təmsilçisi ilk oyunda 0-3 hesabı ilə məğlub olmasına baxmayaraq, iki matçın ümumi nəticəsinə görə, Libertadores Kubokunun finalına yüksəlib.
Qeyd edək ki, "Palmeyras" noyabrın 30-da baş tutacaq həlledici qarşılaşmda "Flamenqo" ilə üz-üzə gələcək.
