2025/26 mövsümünün Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunun "Pafos" və "Vilyarreal" komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, oyun Kiprdə baş tutub.
Ev sahibi komanda matçı 1-0 hesabı ilə qazanıb.
Oyunun yeganə qolunu 47-ci dəqiqədə Derrik Lukassen vurub.
Növbəti turda Xuan Karlos Karsedonun komandası "Monako" (26 noyabr), Marselino Toralın komandası isə "Borussiya Dortmund"la (25 noyabr) qarşılaşacaq.
4-cü turdan sonra "Pafos" Çempionlar Liqasının ümumi mərhələsində beş xalı var. "Vilyarreal"ın bir xalı var.