top
Paçu yeni müqaviləsi ilə bağlı: Diqqətim məqsədə çatmağa yönəlib Idman.biz
23 aprel 2025, 13:58
- ↺ +

Paçu yeni müqaviləsi ilə bağlı: "Diqqətim məqsədə çatmağa yönəlib"

"Kəpəz"in braziliyalı hücumçusu Luis Paçunun futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 31-ci turunda Şamaxı səfərindən məğlub (1:2) qayıtdınız. Bu görüşdə uğurlu nəticəyə imza atmağınız üçün nə çatışmadı?

– Əslində, yaxşı oyun göstərdik və qələbəyə layiq idik. Amma bu, futboldur, hər şey kiçik detallardan asılıdır. Meydançanı uğurlu nəticə ilə tərk etmək istəyirdik, lakin alınmadı.

– Bu görüşdə adınızı tabloya yazdıra bilsəniz də, vurduğunuz qol "Kəpəz"in uğurlu nəticəsi üçün yetərli olmadı. Bu kimi hallarda fərqləndiyinizə görə çox sevinə bilmirsiniz, yoxsa sizin üçün məğlub olduğunuz matçlarda belə qol vurmaq daha böyük önəm kəsb edir?

– Hücumçu üçün qol vurmaq həmişə yaxşıdır. Amma mənim oyunlarıma baxanda da görünür ki, komanda üçün oynayan futbolçuyam. Yəni komandamın sərfəli nəticəsi mənim üçün hər şeydən öndə gəlir.

– Oyundan əvvəl və ya sonra sabiq baş məşqçiniz, vaxtilə "Turan Tovuz"da bir yerdə işlədiyiniz Ayxan Abbasovla dialoqunuz oldumu?

– Bəli, matçdan əvvəl onunla qısa dialoqumuz oldu. Salamlaşdıq və bir-birimizin əhvalını soruşduq. Başqa söhbətimiz olmadı.

– Növbəti turda "Zirə"ni qəbul edəcəksiniz. Rəqib hazırda yaxşı formadadır. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?

– Hər oyuna olduğu kimi, bu matça da qələbə qazanmaq məqsədilə çıxacağıq. Bütün görüşlərdə 3 xal üçün mübarizə aparırıq. Bizi nə qədər çətin oyun gözlədiyini bilirik, çünki "Zirə" güclü komandadır. Amma biz də yaxşı oynayırıq, inamlı təsir bağışlayırıq. Bu görüşə tam hazır olmaq üçün məşqlərdə əlimizdən gələni edirik.

– Cari mövsümün sonuna 5 tur qalıb və "Kəpəz" sonuncu pillədə yer alan "Səbail"i 8 xal qabaqlayır. Bu, Gəncə klubunun növbəti mövsümdə də Premyer Liqada iştirak edəcəyini deməyə əsas verir, yoxsa son 5 tur da sizin üçün gərgin keçəcək?

– Mövsümün əvvəlindən qarşımıza qoyulan məqsədə çatmaq istəyirik. Yanaşmamız dəyişməyib: öz üzərimizdə işləməyə davam etmək və mümkün qədər çox xal toplamaq. İnanıram ki, "Kəpəz" növbəti mövsümdə də Premyer Liqada olacaq.

– Növbəti mövsümlə bağlı planlarınız necədir? Yeni mövsümdə də sizi "Kəpəz"in heyətində görəcəyik, yoxsa başqa təklifləri dəyərləndirməyi düşünürsünüz?

– "Kəpəz"lə müqaviləmin müddəti cari mövsümün sonunda bitir. Amma hazırda bu barədə düşünmürəm. Məşqçilər korpusu və komanda yoldaşlarımla birlikdə qarşıya qoyulan məqsədə çatmağa fokuslanmışam.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Futbol
Bu gün, 10:20

Leipzig, Nkunku üçün 'Milan'a təklif göndərdi

Basketbol
Bu gün, 10:16

Fransalı Viktor Vembanyama NBA tarixində 40 xal, 11 ribaund, 9 blok və 2 üçxallıqla unikal rekord yaratdı

Futbol
Bu gün, 10:09

Milan futbolçusu Yunus Musanın müqaviləni uzatmaq istəyir;

Voleybol
Bu gün, 10:01

Turan Voleybolçusunun Hərzə Gözəl Hərəkəti: Yuliya Kərimova Itə Hədiyyə Yedirdi

Qarabağ FK
Bu gün, 10:00

Marko Yanković Qarabağdan ayrıldı: Yarımmüdafiəçi yeni müqavilə üçün söhbətləri dayandırdı

Futbol
Bu gün, 09:42

Ten Hag Ronaldo'ya Kritiklərlə Qarışdı – Münaqişə 2022-ci ildə Başladı

Futbol
Bu gün, 09:40

Caka zədəsi səbəbindən İsveçrə milli takımdan uzaqlaşdırıldı

Oxşar xəbərlər