Özbəkistan prezidenti Şavkat Mirziyoyev milli komandanın baş məşqçisi və futbolçularını ilk dəfə dünya çempionatının final mərhələsinə çıxdıqları üçün "Özbəkistanın iftixarı" titulu ilə təltif edib.
İdman.biz xəbər verir ki, Özbəkistan Futbol Assosiasiyasının 1-ci vitse-prezidenti Ravşan İrmatov "Fədakar xidmətlərinə görə" ordeni ilə təltif edilib.
Məşqçilər korpusunun üzvləri "Dostluq" ordeni, assosiasiyanın bəzi işçiləri "Şöhrət" medalı ilə mükafatlandırılıb.
"Özbəkistanın iftixarı" adı ənənəvi olaraq böyük beynəlxalq idman turnirlərinin qaliblərinə verilir.
İdman.biz