Azərbaycan millisinin yarımmüdafiəçisi Ozancan Kökçünün formasını geyindiyi Niderlandın "Volendam" klubu yay toplanışı çərçivəsində növbəti yoldaşlıq oyunu keçirib. Sport24.az xəbər verir ki, Erediviziya klubu ölkənin digər klubu "Katveyk"lə heç-heçə edib.
Görüş 1:1 başa çatıb.
Kökçü ikinci hissədə meydana çıxıb.