Futbol üzrə Niderland çempionatında 6-cı turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Volendam" doğma meydanda "Ekselsior"u qəbul edib.
Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Kökçü 46-cı dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, çempionatda 4 heç-heçə edən "Volendam" 4 xalla turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.