Azərbaycan millisinin futbolçusu Ozan Kökcünün yeni komandası "Volendam" növbəti yoxlama oyununu keçirib.
İdman.biz xəbər verir ki, Niderlandın "Eredivisie" təmsilçisinin İngiltərə "Championship" divizionunun "Norviç" klubu ilə görüşü heç-heçə başa çatıb - 1:1.
Kökçü bu oyunda fərqlənməsə də, komandasının daha əvvəl "Purmersteijn"ə 7:1 hesabı ilə qalib gəldiyi matçda bir qol vurmuşdu.
Qeyd edək ki, "Volendam" növbəti yoxlama oyununu iyulun 26-da "NAC Breda" ilə keçirəcək. Niderland çempionatında yeni mövsüm isə avqustun 9-da tart götürəcək.
İdman.biz