top
Otar Aptsiauri: Kəpəzdəki ab-hava uyğunlaşmağı asanlaşdırdı Idman.biz
06 avqust 2025, 17:51
- ↺ +

Otar Aptsiauri: "Kəpəz"dəki ab-hava uyğunlaşmağı asanlaşdırdı

"Kəpəz"in gürcüstanlı yarımmüdafiəçisi Otar Aptsiaurinin Futbolinfo.az saytına müsahibəsi

- "Kəpəz"in yeni transferlərindən birisiniz. Adaptasiya prosesi necə keçir? Komandaya tam uyğunlaşa bilmisiniz?

- İlk növbədə, klub rəhbərliyinə və məşqçi heyətinə mənə göstərilən etimada görə təşəkkür etmək istəyirəm. Burada insanlar futbola böyük sevgi ilə yanaşırlar. Çox gözəl mühitlə qarşılaşdım, bu da məni xoşbəxt etdi. Burada ailə ab-havası var, bu səbəbdən uyğunlaşma mənim üçün çətin olmadı.

- Ölkəmizə gələnə qədər "Kəpəz" və Azərbaycan futbolu haqda hansı məlumatlara sahib idiniz?

- Mənim dostlarım bu klubda oynayıblar. Buna görə də "Kəpəz"in əla azarkeşlərə sahib, çox yaxşı klub olduğunu bilirdim. Amma burada gördüklərim gözləntilərimi aşdı, bu da üzərimə böyük məsuliyyət qoyur. Azərbaycan futboluna gəldikdə isə çox yaxşı çempionatınızın olduğunu və hər il inkişaf etdiyini bilirəm. Bu da mənim üçün vacib faktordur.

- "Kəpəz"də sizə qədər oynamış dostlarınız kimlərdir?

- Mate Kvirkviya və Rati Ardazişvilini nəzərdə tuturam. Hər ikisini çoxdan tanıyıram. "Kəpəz"ə gəlməzdən əvvəl hər ikisi ilə danışıb məsləhətləşdim.
Keçən mövsüm çempionatda qalmaq uğrunda oynayan "Kəpəz"in yeni sezonda iddiasını artıracağı gözlənilir. Komanda bunun öhdəsindən gələ biləcək?
Hər şeyi zaman göstərəcək. Tək bir şeyi deyə bilərəm ki, komandada əla atmosfer var, birliyimiz güclüdür və heç bir futbolçu əlindən gələni əsirgəmir. Hər kəs komandanın uğuru üçün bütün bacarığını ortaya qoymağa hazırdır.

- Azərbaycanda uzun müddət qalmağı planlaşdırırsınız? Sizcə, burada öz sözünüzü deyə biləcəksiniz?

- Bəli, bu, mənim həyatımda yeni bir mərhələnin başlanğıcıdır. Əminəm ki, sözümü deyəcəyəm və "Kəpəz" azarkeşlərini sevindirəcəyəm. Üzərimdə böyük məsuliyyət hiss edirəm. Azarkeşlər bilsinlər ki, komandanın uğur qazanması üçün əlimdən gələni edəcəyəm.

- Gürcüstan yığması hazırda Azərbaycan millisindən güclü olsa da, Gürcüstan klubları Azərbaycan klublarından geri qalırlar. Bunun səbəbini nədə görürsünüz?

- Məncə, bu məsələdə bir çox amil rol oynayır. Təəssüf ki, hazırda Gürcüstanda bir çox klubda sabitlik problemi var. Bu da klublarımızın Azərbaycan klublarından geridə qalmasına səbəb olur.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:31

Devlan Rays: "Harri Kein Qızıl top mükafatına şübhəsiz layiqdir"

Futbol
Bu gün, 04:27

Arda Turan: “İnter”ə 0:1 məğlubiyyətdən sonra daha yaxşı nəticəyə layiq idik

Futbol
Bu gün, 03:17

Rio Ferdinand Manchester United-in Çempionlar Liqası performansını lotereya kimi tənqid etdi

Basketbol
Bu gün, 02:34

“Neftçi”nin basketbol baş məşqçisi: “30 dəqiqə pis oynadıq, amma yalnız beş xal fərqi ilə məğlub olduq”

Futbol
Bu gün, 02:09

“Sabah” UEFA Çempionlar Liqasında pley‑off zonasından kənarda

Futbol
Bu gün, 01:48

Bernardo Silva Real Madrid forması ilə Çempionlar Liqasının ilk qolunu vurar və rekord qırdı

Futbol
Bu gün, 01:29

Harri Keyn Çempionlar Liqasında ardıcıl 10 oyunda qol vuraraq Ronaldun rekorduna yaxınlaşdı

Futbol
Bu gün, 01:12

Fabregas: "Bəzi futbolçularımız üçün Çempionlar Liqasında cəmi üçüncü oyun"

Futbol
Bu gün, 01:10

Real Madrid 4:1 Leipzig, Manchester United 1:4

Digər
Bu gün, 00:51

ABŞ səfirliyi Azərbaycan sumoçusunun tarixi dünya çempionluğu qələbəsini təbrik etdi

Futbol
Bu gün, 00:31

Manuel Neuer Çempionlar Liqasında üçüncü ən çox oyun keçirən futbolçu oldu

Futbol
Bu gün, 00:14

La Liqada “Levante” “Atletik”i 3:1 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 00:05

Fransadakı iğtişaşlar səbəbindən PSJ - "Lion" matcının təxirə salınması nəzərdən keçirilir

Futbol
Dünən, 23:54

Şəki klubunda baş məşqçi Elvin Hacızadənin vəzifəsindən ayrılması

Futbol
Dünən, 23:44

Yunus Akgün Osimhenin Çempionlar Liqası rekordunu qırdı

Futbol
Dünən, 23:30

Fernandeş məğlubiyyətdən sonra taktiki qərarı qiymətləndirdi

Futbol
Dünən, 23:16

Mançester Yunayted Çempionlar Liqasında ilk iki dəqiqədə qol buraxan ilk İngiltərə klubu oldu

Futbol
Dünən, 22:55

Infantino: Bakıdakı U-15 Dünya Çempionatı və FIFA Festivalı Tarixi Mesajdır

Futbol
Dünən, 22:25

Juventus argentinalı müdafiəçi Nikolas Talyafikonu transfer etmək istəyir

Futbol
Dünən, 22:21

Şimali Koreyanın U-17 qadın millisinin hücumçusu dünya çempionatında 10 illik qol rekordunu qırdı

Futbol
Dünən, 22:09

PSJ azarkeşlərinin mişarlı və 'qətliam' pankartı ilə UEFA-ya şikayəti

Digər
Dünən, 22:01

Plyuşenko Azərbaycana köçməklə bağlı qərarını açıqladı

Digər
Dünən, 21:56

"Fənərbaxça"da ciddi itkilər

Futbol
Dünən, 21:54

Betisin yarımmüdafiəçisi Fakundo Bernal iki dəfə başla zərbə vurduğu üçün dörd oyunluq diskvalifikasiya edildi

Oxşar xəbərlər