"Napoli"nin idman direktoru Covanni Manna icarə əsasında "Qalatasaray"da çıxış edən Viktor Osimhenlə bağlı açıqlama verib.p Sport24.az xəbər verir ki, funksioner nigeriyalı hücumçuya təkliflər olduğunu deyib:
"Napoli" transfer danışıqları aparmağı düşünmür. Oyunçunun sərbəstqalma məbləği var və bu, 75 milyon avrodur. "Qalatasaray"ın bu qədər büdcəsi yoxdur. Osimheni istəyən çoxdur".
Osimhen bu mövsüm Super Liqada 6 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.